Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Duqinin dilindən SSRİ-ni zorla da olsa bərpa edəcəyinin siqnalını verir - MDB-nin taleyi necə olacaq?..

Duqinin Rusiya adından bu qədər açıq aqressiv fikirlər və tezislər səsləndirməsini necə dəyərləndirmək olar?..

Siyasi şərhçi: “Son zamanlar SSRİ 2.0 variantı haqqında çoxlu mülahizələr irəli sürülür. Amma artıq 30 il keçib və müstəqil dövlətlərdə iki nəsil böyüyüb. Onlar beyinlərində fərqli xəritələrlə böyüyüblər. Hər bir dövlətin də öz özəlliyi var”.

“Əgər Rusiya bunu güclə etmək istəyirsə, dünya artıq o dünya deyil. Hər bir dövlətin ya özünün gücü var, ya da güclü müttəfiqləri var. Mütəffiqlər də təhlükəsizlik qarantiyalarını həmin dövlətlərə verirlər”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov Aleksandr Duqinin postsovet məkanı haqqında dediyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Caliber.az-a müsahibə verən rusiyalı filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin bildirib ki, postsovet məkanda suverentetlərindən imtina etməyən ölkələr ərazi bütövlüklərini itirəcəklər və buna görə də seçimlərini etməlidirlər. Qeyd edək ki, Aleksandr Duqin Kremlin ideoloqlarından biri kimi tanınır və keçmiş SSRİ sərhədlərinin Avrasiya İttifaqı adı altında bərpa edilməsi siyasətini təbliğ edir. Onun Rusiyanın hakim dairələrinə yaxın strateq kimi tanınması onu deməyə əsas verir ki, Qazaxıstan hadislərindən sonra Duqinin səsləndirdiyi fikir və tezislər həmçinin Rusiyanın siyasi elitasının fikir və planlarıdır.

Duqinin Rusiya adından bu qədər açıq aqressiv fikirlər və tezislər səsləndirməsini necə dəyərləndirmək olar? Bu o anlama gəlirmi ki, artıq Kreml SSRİ-ni zorla da olsa, bərpa edəcəyinin siqnalını verir və bu fonda MDB ölkələrinin gələcəyini necə görmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Heç də həmişə müharibəni başlayan tərəf mütləq şəkildə qalib gəlmir. Rusiya tarixdən dərs götürməlidir”.

Rusiya rəhbərliyində SSRİ-nin bərpa etmək planlarının olmasının istisna olunmadığını bildirən şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, indi Rusiyanın ABŞ, NATOATƏT-lə apardığı danışıqların əsas məğzi təhlükəzislik təminatının verilməsidir. Çünki Moskvaya görə keçmiş SSRİ sərhədləri istiqamətində NATO-nun genişlənməsinin, orada ortamənzilli raket sistemlərinin yerləşdirilməsinin qarşısı alınmalıdır. Bu da Kremlin MDB ölkələrinin ərazilərini təkcə öz nüfuz dairəsi kimi deyil, öz ərazilərii olaraq görməsindən xəbər verir:

“Qeyd edim ki, istəklər və reallıqlar arasında çox böyük fərq var. Son zamanlar SSRİ 2.0 variantı haqqında çoxlu mülahizələr irəli sürülür. Amma artıq 30 il keçib və müstəqil dövlətlərdə iki nəsil böyüyüb. Onlar beyinlərində fərqli xəritələrlə böyüyüblər. Hər bir dövlətin də öz özəlliyi var.

Əlbəttə, Rusiyada belə istəklər ola bilər. Rusiya rəhbərliyində SSRİ-nin bərpa etmək planlarının olması istisna oluna bilməz. İndi Rusiyanın ABŞ, NATOATƏT-lə apardığı danışıqların əsas məğzi təhlükəzislik təminatının verilməsidir. Çünki Moskvaya görə keçmiş SSRİ sərhədləri istiqamətində NATO-nun genişlənməsinin, orada ortamənzilli raket sistemlərinin yerləşdirilməsinin qarşısı alınmalıdır. Bu da Kremlin MDB ölkələrinin ərazilərini təkcə öz nüfuz dairəsi kimi deyil, həm də öz ərazilərii olaraq görməsindən xəbər verir. Bu da təbii olaraq bir çox MDB ölkələrində narahatlıq və qıcıq yaradır. İndi isə Duqin kimi rus ideoloqları açıq mətnlə MDB ölkələrinin müstəqil siyasət yürüdə bilməyəcəklərini, Rusiyanın maraqlarından kənar qərar verərlərsə cəzalanacaqlarını, ərazilərini itirəcəklərini deyirlər. Bu təbii ki, diqqət tələb edən ciddi məsələdir və bu kimi bəyanatlar gözardı edilə bilməz.

Digər tərəfdən bir çox dövlətlərdə də məhz Rusiyanın siyasəti nəticəsində anti-Rusiya əhval-ruhiyyəsi yüksək səviyyədədir. Gürcüstan, Moldova, Ukrayna dövlətlərində anti-Rusiya əhvalı yüksəkdir. Başqa bir tərəfdən Rusiyanın müttəfiqi olan dövlətlərin vəziyyətinə baxıb görürük ki, onların vəziyyəti də o qədər də qənaətbəxş deyil. Yəni Ermənistan müharibəni uduzdu, Belarusiya sanksiyalar altındadır. Qazaxıstandakı son hadisələr də göstərdi ki, müəyyən güclər Rusiyanın əsas can evində, Orta Asiyada da Moskvanın “inteqrasiya” siyasətinə yeni cəbhə aça bilərlər.

Fərhad Məmmədov: “Özlərini bütün SSRİ məkanının tamhüquqlu sahibləri zənn edən ideoloqlar da bilməlidirlər ki, yeni bir həmlə ilə Rusiya imperiyasını zor gücünə bərpa etmək əslində Rusiyanın indiki sərhədlərinin itirilməsi və imperiyanın tamaməm süqut etməsi ilə nəticələnə bilər”.

Əgər Rusiya bu əraziləri hərbi güclə və zorla etmək istəyirsə, onda Moskvada yaxşı bilməlidirlər ki, dünya artıq əvvəlki dünya deyil. Hər bir dövlətin ya özünün gücü var, ya da güclü müttəfiqləri var. Mütəffiqlər də təhlükəsizlik təminatlarını həmin dövlətlərə verirlər. Regional güclərin Rusiya ilə müharibəsi isə üçüncü dünya müharibəsinə açılan qapı olacaq. Bunun Moskvada da hesabını aparmalıdırlar. Həmçinin özlərini bütün SSRİ məkanının tamhüquqlu sahibləri zənn edən ideoloqlar da bilməlidirlər ki, yeni bir həmlə ilə Rusiya imperiyasını zor gücünə bərpa etmək əslində Rusiyanın indiki sərhədlərinin itirilməsi və imperiyanın tamaməm süqut etməsi ilə nəticələnə bilər.

Bir tarixçi kimi onu da qeyd edim ki, heç də həmişə müharibəni başlayan tərəf mütləq şəkildə qalib gəlmir. Rusiya tarixdən dərs götürməlidir. Məsələn birinci dünya müharibəsi Rusiyaya dəsr olmalıdır. Hətta bu iqtiqamətdə nəzəriyyəçilər belə danışanda onlar ehtiyyatlı olmalıdır və öz ifadələrini doğru seçməlidirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar