Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Real" "Barselona"nı məğlub etdi

İspaniya Superkubokunda mübarizəyə start verilib.

Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində təşkil olunan turnirin yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Həlledici görüşə vəsiqə uğrunda birinci dueldə əzəli rəqiblər “Real”la “Barselona” üz-üzə gəlib. 248-ci “El Klasiko”nun birinci hissəsində komandalar hərəyə bir dəfə fərqlənib. Əvvəlcə Vinisyus Junior hesabı açsa da, 42-ci dəqiqədə Luk de Yonq bərabərlik topunu vurub.

İkinci hissə Xavinin yetirmələrinin üstünlüyü şəraitində keçsə də, yenə “Real” önə keçib. Bu dəfə 72-ci dəqiqədə Kərim Benzema adını tabloya yazdırıb. Buna baxmayaraq, kataloniyalıların növbəti dəfə status-kvoya gücü çatıb. Sonradan meydana daxil olan Ansu Fati hesabı 2:2 edərək, matçın daha 30 dəqiqə uzanmasına şərait yaradıb.

Karlo Ançelottinin kollektivi üçüncü və sonuncu dəfə hesabda önə keçməyi bacarıb. Federiko Valverdenin 98-ci dəqiqədəki qolu qarşılıqsız qalınca, “Real” 3:2 hesablı qələbə qazanaraq, yanvarın 16-da finalda iştirak hüququna yiyələnib.

Beləliklə, “El Klasiko”lar tarixində 100-cü qalibiyyətinə sevinən “Real” əzəli rəqibi önündə ardıcıl qələbə seriyasını 5 matça yüksəldib. Bununla madridlilər Superkuboka ən çox sahib çıxan kataloniyalılarla (13 dəfə) fərqi 1-ə endirmək iddiasını davam etdirir.

Qeyd edək ki, İspaniya Superkubokunda yarımfinal mərhələsinin digər oyunu bu gün keçiriləcək. “Atletiko” ilə “Atletik” arasında görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.(unikal)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar