Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstan böhranı ilə bağlı ilkin nəticələr - Sabitlik bir çox amillərdən asılı ola bilər...

“Demokratiyadan əvvəl sabitlik” ifadəsi Nazarbayevə məxsusdur. Lakin Qazaxıstanda bu mexanizm mövcud deyil və bu sahələrdə olan çatışmazlıqları aradan qaldırmaq çətin olacaq...

Ömər Önhon, Türkiyənin Suriyadakı sabiq səfiri
“Şarkul Avsat” qəzeti

1991-ci ildə müstəqillik əldə etmiş Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev 2019-cu ilə qədər vəzifəsində qalıb. Kasım Tokayev bir neçə ay sonra 70% səslə prezident seçilənə qədər prezident səlahiyyətlərini icra edirdi.

Əslində, ölkədəki çoxsaylı problemlərə görə təzyiqlərə məruz qalan Nazarbayev iki il əvvəl taktiki addım atməşdı. O, gözlənilməz şəkildə istefa verib və prezident kürsüsünə etibarlı bir simanı gətirmişdi. Özü isə Milli Təhlükəsizlik Şurasının sədri və partiyasının lideri olaraq qaldı. O, müxtəlif dövlət qurumlarında əsas vəzifələrə ailə üzvlərini və digər etibarlı tərəfdarlarını yerləşdirmişdi. Bir sözlə, Nazarbayev prezident səlahiyyətlərini başqa pərdə altında icra etməkdə davam etdirdi.

Qazaxıstan son illər beynəlxalq münasibətlərində incə balansın qurulmasına önəm verib. Məlumdur ki, Qazaxıstan Mərkəzi Asiyada Rusiya ilə sərhədi olan yeganə ölkədir (bu sərhədin uzunluğu 7 min 600 kilometrdir). Bu həm də rusların ən çox yaşadığı Mərkəzi Asiya ölkəsidir. 1991-ci ildə ölkə əhalisinin yarıdan çoxu rus əsilli idi. Amma hazırda 19 milyon əhalisi olan bu ölkədə bu göstərici təxminən 20%-ə düşüb. Hər halda, bu və bir çox başqa səbəblərə görə Rusiya Qazaxıstanın xarici siyasətinin əsas istinadı olub.

Qazaxıstan və Çin arasında, xüsusilə iqtisadi sahədə mühüm əlaqələr inkişaf etdirilib. Məlumdur ki, Qazaxıstan Çinin bəzi qaz idxalı və yük daşımaları üçün tranzit ölkədir. 2021-ci ilin ilk on bir ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 23 milyard dollara çatıb. Çin Qazaxıstanın təbii sərvətlərinin əsas alıcısıdır. Çinin Qazaxıstana investisiyaları da əhəmiyyətli səviyyədədir.

Eyni zamanda Qazaxıstan türk dünyasının mühüm bir parçasıdır. Ötən ilin noyabrında İstanbulda keçirilən toplantıda qəbul edilən yeni adı ilə formalaşmağa başlayan Türk Dövlətləri Təşkilatının da üzvüdür.

Qızıl, uran, dəmir filizi və mis də daxil olmaqla, geniş karbohidrogen və mineral ehtiyatlarına malik Qazaxıstan təbii ehtiyatlara görə dünyanın ən zəngin ölkələrindən biridir. Qazaxıstanın ÜDM-si təxminən 180 milyard dollar olduğu halda, adambaşına düşən gəliri təxminən 9 min dollardır.

Statistika məlumatlarla zəngindir, lakin ümumi iqtisadi vəziyyət yaxşı deyil. Sərvətin qeyri-mütənasib bölgüsü, kəskin ziddiyyətlər, siyasi elitanın və biznes təbəqəsinin mütləq nəzarəti və tüğyan edən korrupsiya illərdir sadə qazaxların qəzəbinə səbəb olur. Orta təbəqə, demək olar ki, yox olub. Böyük şəhərlər müasir, yüksək texnologiyalı binalar və digər abidələrlə bəzədilib. Bununla belə, ölkə daxilində səyahət edənlər qeyd edirlər ki, bu, daha çox pəncərə sarğısına bənzəyir və ölkənin qalan hissəsi çox pis vəziyyətdədir. Yüksək inflyasiya özü ilə daha çox problem və narazılıq gətirir. Enerji qiymətlərindəki son artım insanları küçələrə çıxmağa vadar edən qırılma nöqtəsi oldu.

Qazaxıstan rəhbərliyi LNG qiymətlərinin aşağı salınması, baş nazirin və bəzi nazirlərin işdən çıxarılması və yanacağın qiymətlərinin məhdudlaşdırılması kimi tədbirlərlə cavab verib. Bu tədbirlər də kifayət etməyib. Böhran çoxsaylı ölüm, yaralanma və ictimai binaların yandırılması ilə daha da şiddətlənib.

Prezident Tokayev Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Qazaxıstanın terror təhdidlərinin aradan qaldırılmasına kömək etməyə çağıraraq, ölkənin ən böyük şəhəri Almatıya hücumda 20 min terrorçu ilə birlikdə “xaricdə təlim keçmiş radikal qüvvələri” günahlandırıb.

Tokayev bu çağırışı edərkən KTMT Əsasnaməsinin 4-cü maddəsinə istinad edib. 1992-ci ildə yaradılan bu təşkilatın üzvləri arasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus da var. Sözügedən 4-cü maddə NATO-nun təsis müqaviləsinin (Vaşinqton müqaviləsi) 5-ci maddəsinə bərabərdir. Hər iki maddə üzv dövlətə hücum zamanı kollektiv müdafiə hüququndan bəhs edir.

KTMT bu çağırışa dərhal 2500 əsgəri və ya KTMT Sülh Qüvvələri adlandıracaqları hərbi qüvvəni Qazaxıstanda yerləşdirməklə cavab verib. Bu hərbi qüvvə əsasən Rusiya qoşunlarından (yüksək səviyyəli döyüşə hazır elit bölmələr) və digər üzv dövlətlərin kiçik dəstələrindən ibarətdir.

2012-ci ilin əvvəlində Qırğızıstanın cənubunda qırğızlarla özbəklər arasında etnik münaqişələr fonunda ölkə prezidenti KTMT-ni qoşun yeritməyə çağırmışdı. Qırğızıstan prezidentinin müraciəti problemin daxili xarakter daşıması əsası ilə rədd edilmişdi. Daha sonra 2021-ci ildə Qarabağ bölgəsi ətrafında münaqişə başlayanda da Ermənistan oxşar tələblə çıxış edib. Tələb ondan ibarətdir ki, üzv dövlətin ərazisinə hücum edilməsin. Lakin mübahisənin sərhəd məsələsi ətrafında getdiyi əsas gətirilərək KTMT Ermənistanın da istəyini rədd etdi.

Qazaxıstana qayıtsaq, böhran başlayandan bir neçə gün sonra problemlər böyüsə də Qazaxıstanın təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etmək gücündə idi. Ən azından bu barədə məlumat verilib. Bu gün baş verənlərdən əldə etdiyim nəticələr:

- İllərlə davam edən etinasızlıq, məyusluq, korrupsiya və iqtidarın bir neçə nəfərin əlində cəmlənməsi dərin bir narazılığa yol açıb və bir nöqtədə qazaxlar küçələrə töküldü.

- Yenə də Qazaxıstanda ən yaxşı günah keçisi “müdaxilələr və amillər” oldu. Bu cür iddialara baxmayaraq, heç kim bu yad ünsürlərin kimliyini açıqlaya bilməyib.

- Daha əvvəl Tokayev Nazarbayevin adamı olsa da, bu, artıq belə deyil. Əslində, Qazaxıstanda hakimiyyət uğrunda klanlar arasında güclü mübarizədən danışmaq olar.

- Nazarbayev, onun qohumları və yaxınları işdən çıxarıldı, bəziləri həbs olundu. Nazarbayevin hakimiyyəti bu dəfə, həqiqətən də, başa çatmış kimi görünür.

- KTMT yaradılarkən keçmiş sovet respublikalarına casusluq etmək, lazım gəldikdə isə yaxınlıqdakı xarici ölkələrdə yerləşdirilmək üçün hüquqi vasitə kimi baxılırdı. İndi bunun Qazaxıstanda necə həyata keçirildiyini gördük.

- KTMT-nin hazırkı rəhbəri olan Ermənistan vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün sülhməramlı qüvvələrin Qazaxıstanda məhdud müddətdə qalacağını vurğulayıb. Bu gün gördüyümüz budur.

- Qazaxıstan lideri Rusiya hərbçilərini və digər qüvvələri Qazaxıstandakı etirazçılarla mübarizə üçün yerləşdirib. Bu isə ölkənin imicinə xələl gətirdi və qazax cəmiyyətində daha çox narazılıq yaradıb.

- Rusiya əleyhinə əhval-ruhiyyənin və qazax millətçiliyinin güclənməsi təəccüblü deyil. Bu, ölkədəki rusların gələcək taleyinə təsir edə bilər.

- ABŞAvropa İttifaqı (Aİ) öz narahatlıqlarını dilə gətirib və sülhə çağırış ediblər. Onlar KTMT-nin yerləşdirilməsinin legitimliyini şübhə altına alıblar. Ancaq hələlik bu sahədə elə də ciddi addımlar atılmayıb.

- Çərşənbə axşamı Türkiyə Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri səviyyəsində toplantısında legitim hökumətə dəstək bəyanatı verilib və sülhə çağırış edilib.

- Rusiya hazırda Suriya, Ermənistan, Azərbaycan, Belarus və Tacikistan kimi bir çox ölkələrdə öz qüvvələrini yerləşdirir. Onların hamısı müxtəlif şəraitdə, lakin bu və ya digər şəkildə ev sahibi ölkənin dəvəti ilə oradadır. Bu, Rusiyanın ətraf ərazilərə nəzarət siyasətidir.

“Demokratiyadan əvvəl sabitlik” ifadəsi Nazarbayevə aid edilir. Bu bəyanatla razılaşmıram. Sabitlik bir çox amillərdən asılı ola bilər, lakin düzgün idarəetmə və ədalətli iqtisadiyyat vacibdir.

Qazaxıstanda bu mexanizmlər mövcud deyil və bu sahələrdə olan çatışmazlıqları aradan qaldırmaq çətin olacaq. Naməlum sayda itki və daxili problemləri xarici güclə dəstəklənən qüvvələrlə həll etməyə çalışmaq, çox güman ki, yeni problemlər yaradacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar