Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın “blef”inə məhəl qoyan olmadı: Nüvə təhdidi də artıq işə yaramır...

Rusiya ilə ABŞ arasında dünən Cenevrədə aparılan danışıqlar, gözlənildiyi  kimi, nəticəsiz başa çatdı.
 
PİA.az-ın məlumatına görə, 7.5 saat sürən görüş Rusiyanın ABŞNATO-ya göndərdiyi təkliflər paketinin müzakirəsinə həsr olunmuşdu. 
 
Təkliflər paketində qısa və orta mənzilli silahların sərhədlərdən kənarda yerləşdirilməsi, Rusiyanın sərhədlərində hərbi təyyarələrin və gəmilərin fəaliyyəti, ən əsası isə post-sovet ölkələrinin NATO tərkibinə daxil edilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulurdu. Görüşdən əvvəl istər ABŞ, istərsə də Rusiya rəsmilərinin səsləndirdikləri bəyanatlar danışıqlarda konkret razılıqların əldə olunmayacağından xəbər verirdi. Belə ki, Rusiyanın nümayəndə heyətinin rəhbəri, Xarici İşlər nazirinin müavini Sergey Ryabkov açıq şəkildə müzakirələrdə güzəştə getməyəcəklərini bildirmişdi. ABŞ rəsmiləri isə Rusiyanın hansısa dövləti NATO-ya qəbul edib-etməmək məsələsinə müdaxiləsini əsassız tələb adlandırmış və bunun alyansın Nizamnaməsinə zidd olduğunu vurğulamışdı. Beləcə, hər iki tərəf razılığa gəlmək üçün yox, razılaşmamaq üçün Cenevrədə görüşəcəyi ortaya çıxmışdı və hər şey gözlənilən kimi də oldu. 
 
Görüşdən sonra açıqlama verən Rusiya nümayəndə heyətinin rəhbəri Ryabkov da danışıqlarda heç bir irəliləyişin əldə olunmadığını etiraf etdi. Bununla belə, o, sabah NATO, ertəsi gün isə ATƏT nümayəndələri ilə keçiriləcək görüşlərə bağladığı ümidini itirmədiyini bildirərək dedi: “Biz bir gün yarım davam edən müzakirələrə yekun vurduq. Bu prosesin sonrakı addımlarını və perspektivlərini qarşıdakı hadisələrin - NATO ilə görüşün və ATƏT-in iclasının nəticələrinə əsasən qiymətləndirəcəyik. Danışıqlar prosesinin davam etdirilməsinin əsası varmı, yoxsa NATO qrupu bizim təşəbbüsü rədd etməkdə haqlıdırmı, o zaman aydınlaşacaq. O zaman vəziyyət başqa cür görünəcək”.


 
Ryabkovun bu sözləri əslində ümidsizliyin etirafıdır və rus diplomat haqsız da deyil. Çünki NATO-nun Baş katibi Yens Stoltenberq də indiyə qədər verdiyi açıqlamalarda olduqca aydın şəkildə Rusiyanın təkliflərinin qəbuledilməz olduğunu vurğulayıb və Gürcüstanla Ukraynanın boyunlarına götürdükləri öhdəlikləri yerinə yetirdikdən sonra alyansa qəbul olunacaqlarını bildirib. İstər Stoltenberqin, istərsə də ABŞ yetkililərinin fikrincə, NATO üzvlüyünə veto qoymaq hüququ alyansın müttəfiqlərinin müstəsna hüququdur və bu ittifaqdan kənarda qalanlar belə məsələlərə müdaxilə edə bilməzlər. 
 
Maraqlıdır ki, Rusiya ilə ABŞ arasında müzakirələrin getdiyi ərəfədə NATOABŞ Rusiyaya “hərtərəfli təzyiq” göstərməyi də yaddan çıxarmayıb. Məlumata görə, danışıqlar davam etdiyi sıralarda Qara dənizdə Krım yarımadası yaxınlığında ABŞ-ın MQ-9 Reaper pilotsuz təyyarələri “meydan sulayıb”. Görüşdən bir neçə saat əvvəl isə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B Lancer strateji bombardmançı təyyarələri Rusiya sərhədlərində görünüb. Bu isə Rusiya tərəfindən ABŞ-la aparılan danışıqlar prosesini sabotaj kimi qiymətləndirilib. B-1B Lancer-in uzaqmənzil strateji bomba  daşıyan hava vasitəsi olduğunu nəzərə alsaq, ABŞ-ın bu təyyarələrlə Rusiya sərhədlərində manevr etməsi təsadüfi deyil. Zira Moskva bu zamanadək düşmənlərini nüvə gücü ilə qorxudurdu. ABŞ faktiki olaraq B-1B Lancer təyyarələrini meydana sürərək nüvə savaşına belə, hazır olduğunu göstərib. 


 
Rus hərbi ekspertlərinin irəli sürdükləri iddialarına inansaq, bu, ABŞ-ın şimal qonşumuza ilk “nüvə cavabı” da deyil. Bundan əvvəl də ABŞ eyni tipli təyyarələri Rusiya sərhədləri yanında uçurdurdu və təyyarələr adətən nüvə bombası ilə yüklü olurdu. Bu isə həmin təyyarələrə qarşı sərt tədbirləri almağı mümkünsüzləşdirir. Çünki onların vurulması Rusiya sərhədlərinə nüvə silahının atılması ilə eyni mənaya gəlir və baş verə biləcək fəlakətlərin məsuliyyətini Moskvanın üzərinə yükləyir. Belə ki, nüvə yüklü təyyarəni vuran, dolayısı ilə öz səmasında atom bombasını partladan tərəf Rusiyanın özü olacaqdı.
 
Görüşdən sonra ABŞ-dakı rus səfirliyinin öz Twitter səhifəsində yaydığı bəyanat da Moskvanın necə böyük ağır təzyiq altında olduğunu göstərir. Bəyanatda Cenevrə müzakirələrində ABŞ-ın əsas nümayəndəsi kimi iştirak edən Dövlət Departamenti sədrinin birinci müavini Vendi Şermanın rus ordusunu “kazarmalara qayıt” tələbinə cavab verilir. 
 
“Biz ABŞ dövlət katibinin müşavirinin məntiqini başa düşmürük. O, Rusiyanın “qoşunlarını kazarmalara qaytarmalı və ya təlimlərin nədən ibarət olduğunu və nə məqsəd daşıdığını ABŞ-a bildirməyi tələb edir. Halbuki ABŞ da Avropadakı qoşunlarının sayını və döyüşə hazırlıq səviyyəsini bizimlə müzakirə etmək niyyətində deyil", - səfirliyin Twitter-dəki mesajında deyilir.


 
Səfirlik onu da qeyd edib ki, Rusiya öz ərazisində təlimlər keçirməyə davam edəcək: “Çünki bu, bizim öz seçimimizdir və təhlükəsizlik maraqlarımıza cavab verir”.
 
Xatırladaq ki, Vendi Şerman Rusiyanın öz qoşunlarını kazarmalara qaytarmamaqla Ukraynanı “işğal etmək” niyyətində olduğunu vurğulamışdı. Moskva isə ABŞ-ı Ukrayna ətrafında vəziyyəti pisləşdirməkdə və buna görə məsuliyyəti Rusiyanın üzərinə qoymaq üçün xüsusi əməliyyat planı hazırlamaqda günahlandırmışdı. Kremlin fikrincə, ABŞ Rusiyanın qoşunlarının öz ərazilərində ilə bağlı informasiya gərginliyi yaratmaqla onu dünyanın gözündə iblisləşdirmək və “təcavüzkar” kimi göstərmək istəyir. “Halbuki Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukraynanı işğal etmək fikrində olmadığı bildirib”, -rəsmi Moskva belə düşünür.
 
Göründüyü kimi, Rusiya Qərb ölkələrinin ciddi təhdidi altındadır və öz çəkindirmə gücünü göstərərək status-kvonu qorumağa çalışır. ABŞNATO qüvvələri isə artıq bu “blef”ə əhəmiyyət vermək istəmir. Dünənki görüşdən sonra KTMT “sülhməramlı”larının yanvarın 13-dən etibarən Qazaxıstanı tərk etmək barədə qərarı da, görünür, Rusiyanın yeni reallıqlarla razılaşmasına işarədir. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar