Çərşənbə, 05 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çörəkli yeni il

“Cütcü babasan, buğdanı ver, darı yeyərsən,

Su olmasa, qışda əridib qarı yeyərsən,

Daşdan yumuşaq zəhr nədir, marı yeyərsən,

Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!

Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!”

(bunun müəllifini bilməyən bizdən deyil)

Hər şeyi başa düşməyə çalışıram, hardasa buna bəzi hallarda nail oluram, sevinirəm, ancaq çörəyin bahalaşması, ya da bahalaşacağı haqda xəbəri, anonsu niyə anonim “iri un və çörək istehsalçıları” adından yayırlar, bunu heç cür qana bilmədim. Axı gizlənmək nəyə lazımdır? Uca millətimiz o istehsalçıların ismi-şərifini öyrənsə, guya nə olacaqdı? Bəlkə məşhur “acların pekarnıya hücumu” baş verəcəkdi, üsyankar kütlələr ayağa qalxaraq un çuvallarını həmin istehsalçıların təpəsinə keçirəcəkdi? Yox, yox, yenə də yox. Həyat fəlsəfəmiz un üzərində çoxdan yazılıbdır: “Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu”. Biz bu saqqalı, necə deyərlər, dəyirmanda ağartmamışıq. (Ya da dəyirmanda ağartmışıq – bu variant da keçərlidir). Hələ bir müdrik fikir də var, onu yazım, ata sözlərini müvəqqəti dayandıraq: “Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz”.

Biz nə antikovid tədbirlərinə görə küçəyə çıxan niderlandlıyıq, nə də maaşlarını artırmağı tələb edən polşalı şaxtaçılar. Heç Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığa son qoyulması üçün Kiyev meydanlarına axışan ukraynalılar da deyilik. Etirazın səbəbinə baxın, siz Allah. Dəhşətdir. BVF ilə əməkdaşlıq... Bunlar yəqin bir azdan balinaların ölümünə etiraz mitinqinə toplaşar.

Ən düzünü biz edirik, heç bir zad bizi yerimizdən tərpədə bilməz. Çünki etiraz eləyəndə daha artıq zibilə düşməyimizin tarixi təcrübəsi ortadadır – millət uşaqlı-böyüklü SSRİ xiffəti çəkmirmi? Di gəl onlara həmin SSRİ-nin əslində dağılıb-zad eləmədiyini, elə həmin adamlar tərəfindən idarə olunduqlarını izah etmək mümkündürmü? Çətin işdir.

O qədər razılıq şəraitindəyik ki, etirazı kimə edək bilmirik. (Sözgəlişi, bizdə Razı adlı deputat var – məncə bunun özü respublikamızda yaradılan gözəl, humanist şəraiti dəqiq ifadə və simvolizə edir. Hələ bir dəyirmançını da keçmişdə deputat qoymuşduq, nəsə təndirdə küt getdi). Keçən ilin axırında dünya trendindən geri qalmamaq üçün jurnalistika qanununa etiraz edən bir qrup yoldaş deputatxana önünə toplaşdılar. Halbuki, qanun o qədər qəşəng hazırlanmışdı ki, altında qüvvəyə minəcəyi tarix də yazılmışdı. Yəni, siz orda deputatlarla qar-qur edin, biz bunu artıq qüvvəyə mindirmişik. Əla idi. Məncə bu təcrübə yaşadılmalıdır.

Qayıdaq çörək mövzusuna. Adı çəkilməyən o iri un istehsalçıları dünyada ərzaq buğdasının bahalaşdığını, hökumətin daha kompensasiya vermədiyini, yaxın vaxtlarda zavod çörəyinin 10-15 qəpik bahalaşacağını söyləmişdir. Sən demə qlobal böhran varmış. Əcəb işdir. Bəs bizə niyə indi deyirlər? Axı biz dünyadakı böhrana baxmayaraq inkişaf edirdik, ÜDM-imiz filan qədər, YDM-imiz behman qədər, nə bilim, PDM-imiz zirvələrə qalxmışdı! Birdən-birə uca milləti yumurlayırlar (bunu səhvən “yumurtlayırlar” oxumaq günahdır) dərənin dibinə, deyirlər hardasa ərzağın qiyməti qalxıbdır... Bunun bizə heç bir dəxli yoxdur. Biz nə Putinin, nə də Merkelin rəhbərliyi altında zülüm çəkirik. Qoy xaricilərin dərdi özlərinə qalsın. Biz inkişafımıza uyğun çörək istəyirik. Üstündə qara kürü yaxmacı olsa lap yaxşı. Elə-belə, yavan da yeyərik, təki müstəqilliyimizə göz dəyməsin. Müstəqil siyasət yürüdən hökumətin çörək siyasəti müstəqil olmalıdır.

Sözgəlişi, o keçənilki maaş-penisiya artımlarını hələ almamısınız? Gözləyin, unun kisəsi 36 manata qalxanda bu artımlar daha sosial yönümlü olacaqdır. İri istehsalçılarımız həmişə bizi düşünürlər. Boşuna irilənməyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəbdə döyülən şagirdlə bağlı tibbi ekspertiza təyin olunub  - Video, Yenilənib

Ermənilər yaralı Azərbaycan hərbçilərini gülləbaran ediblər - Video

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib - Saxlanılanlar var

Peskov Paşinyanın arvadını təkzib edib: “Növbəti sərsəmləmədir”

Gömrükdə daha bir general vəzifəsi ilə vidalaşıb

Türkiyədə intihar edən azərbaycanlının yaxınları axtarılır

Bakı və Yeravan noyabrda sülh sazişi imzalayacaqlar

AMEA-da kütləvi ixtisar: İşçilərin böyük hissəsi işdən çıxarıldı

"Meyitin yanma vaxtını müəyyən etmək üçün qoyun cəsədi üzərində eksperiment aparılıb" - "NƏRMİN İŞİ"

Ən çox oxunanalar