Bazar, 16 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Narkotik vasitə ilə tutulmuş şəxslərin digər cinayət əməllərinin üstü də açıldı

Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ucar sakinləri Həbib Qasımov, Rəşad Seyfəddinli və Akşin Cəbrayılov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb.

Belə ki, saxlanılan üç nəfər şəxs rayonun Qulabənd kənd sakini Xəyalə Peşmanova ilə qabaqcadan əlbir olaraq 2020-ci ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq oradan 3500 manat dəyərində məişət əşyalarını oğurluq yolu ilə ələ keçiriblər. Bundan əlavə R.Seyfəddinli ilə X.Peşmanovanın rayon ərazisində yerləşən digər bir evdən 9800 manat pul, qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.

X.Peşmanova da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

Oğurluq yolu ilə əldə olunan qənimətlərin əksəriyyəti dəstə üzvləri tərəfindən dəyərindən ucuz qiymətə satılıb, bir qismi isə maddi sübut kimi şöbə əməkdaşları tərəfindən götürülüb.

Saxlanılan şəxslər barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Rossiya” kanalının AzTV-yə qarşı 5 milyonluq iddiasının şok səbəbləri

Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - Foto

Türkiyənin Azərbaycandakı səfiri:" Son 30 ilin ən önəmli nöqtəsi Qarabağ zəfəridir" - Video

Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək

Ermənistanın müdafiə naziri keçmiş katibəsi ilə evlənir

Çeçen-inquş “fay xətti”ndə yeni gərginlik: İnquşlar Kadırov qarşısında 3 tələb qoydular...

Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik

“The Economist”: “Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır”

Ən çox oxunanalar