Bazar, 16 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.

Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.

Qeyd edək ki, ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunt sularının axıdılması təmin edilib. Bir sözlə, dövlətimizin başçısının sərəncamı ilə vətəndaşların rahatlığının təmin olunması üçün çox əhəmiyyətli işlər görülüb.

Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.

***

Quba-Qonaqkənd avtomobil yolunun açılışı olub.

PİA.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfərləri çərçivəsində avtomobil yolunun açılışında iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Rossiya” kanalının AzTV-yə qarşı 5 milyonluq iddiasının şok səbəbləri

Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur” - Foto

Türkiyənin Azərbaycandakı səfiri:" Son 30 ilin ən önəmli nöqtəsi Qarabağ zəfəridir" - Video

Bu ay Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" statusu və təqaüdü veriləcək

Çeçen-inquş “fay xətti”ndə yeni gərginlik: İnquşlar Kadırov qarşısında 3 tələb qoydular...

Ermənistanın müdafiə naziri keçmiş katibəsi ilə evlənir

“The Economist”: “Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır”

Azərbaycanın iki məşhur idmançısı arasında gərginlik

Ən çox oxunanalar