Çərşənbə axşamı, 18 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan Ermənistana görə xüsusi qeyd-şərtlə MDB-nin əqli mülkiyyətlə bağlı Dövlətlərarası Şurasına qoşulur

Azərbaycan 2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə qoşulur.

PİA.az-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin sabah keçiriləcək birgə onlayn iclasında müzakirəyə çıxarılacaq.

Sazişə əsasən, tərəflər əqli mülkiyyətin qorunmasının və mühafizəsinin dövlətlərarası sisteminin təkmilləşdirilməsi, əqli mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması üzrə birgə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müxtəlif vasitələrlə əməkdaşlıq həyata keçirir.

Sazişdə qeyd olunur ki, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar.

Şura öz fəaliyyətini müvafiq Əsasnamə əsasında həyata keçirir.

Şura öz fəaliyyətini səlahiyyətləri daxilində həyata keçirən, Hökumət Başçıları Şurasına və MDB İqtisadi Şurasına hesabat verən MDB-nin sahə əməkdaşlıq orqanıdır. Şura sazişin iştirakçısı olan dövlətlərin əqli mülkiyyətin qorunması və mühafizəsinə məsul olan dövlət hakimiyyət orqanlarının rəhbərlərindən formalaşır.

Şuranın qərarları tövsiyə xarakterlidir.

Azərbaycan Respublikası Sazişə xüsusi qeyd-şərti ilə qoşulur. Belə ki, bu sazişin müddəaları Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.

Xatırladaq ki, bundan əvvəl sazişi Rusiya, Ukrayna, Belarus, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Moldova və Ermənistan imzalayıb.

Qeyd edək ki, komitələrin birgə iclasında həm də “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” qanununun layihəsi də müzakirəyə çıxarılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

Prezidenti tanımadığını bəyan etdiyinə görə Naxçıvanda xidməti maşınla mükafatlandırılan polis mayoru kimdir?

General Musayev: "Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən..."

Üç istiqamətdən hücum gözlənilir - Sərhəd yaxınlığında səhra hospitalları da qurulub

Məşhur aktyorla eşq yaşadı, dostunun ailəsini dağıtdı - “Tütək səsi”nin Sayalısı

“Nazarbayevin ailəsi və pulları hələ öz sözünü deyəcək”

1 gündə 5 tenderdə qalib gələn şirkət: Sabunçu RİH-in müəmmalı işləri - Fotofaktlar

Azərbaycanda polis generalı təqaüdə göndərilib

Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olundu - Yenilənib, Video

Şahid: "BSU-da 3 illik təhsilə görə Dürdanə Əliyevaya 8250 manat verdim"

"Manat “tam üzən məzənnə”yə keçəcək" - Vahid Əhmədov

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay