Bazar, 23 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sülhməramlılar Qarabağda ermənilərlə birlikdə üzüm bağı salır - Foto

Rusiyanın Qarabağdakı hərbi kontingenti Xankəndidə erməni rəssama heykəl qoyduqdan sonra ermənilərin üzüm bağlarında işləməsinin qayğısına qalmağa başlayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, Əsgəran rayonunda məskunlaşmış ermənilər sülhməramlılara müraciə edərək, kənd təsərrüfatı işlərini həyata keçirərkən onların təhlükəsizliyini təmin etmələrini istəyiblər.

“Hazırda üzüm tinglərinin köçürülməsi işləri gedir”, - Rusiya hərbi kontingentinin nümayəndəsi Aleksey Zayçev bildirib. Qeyd olunur ki, sülhməramlılar əraziləri partlayıcı maddə və minalardan təmizlədikdən sonra üzüm tinglərinin basdırılmasına başlanılıb.

Yay aylarında ermənilərə taxıl biçinində kömək edən rus sülhməramlılar indi Azərbaycan dövlətinin icazəsi olmadan torpaqlarımızda ermənilərin üzümlük salmasına yardım edirlər. Bunun özü də ölkə qanunlarının pozulmasıdır.

Qeyd edək ki, Əskəran rayonu 26 noyabr 1991-ci ildə ləğv edilib və ərazisi yeni yaradılan Xocalı rayonuna birləşdirilib. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmaya əsasən, bu ərazilər müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin təsir zonasına daxil edilib. Ancaq xəbərdə Xramort kəndindən bəhs olunur ki, bu kənd Ağdam rayonunun ərazisinə daxildir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Ramiz Mehdiyev Rusiyanın canişini, türk düşmənidir!”

“Şuşa” niyə “Buta” oldu? - Komandasının rəhbəri Müşfiq Abbasovdan utancverici açıqlama - Video

Ramiz Mehdiyevin istefasını qəbul etmədiyi institut rəhbərindən açıqlama

Ebru Gündeşin gizli saxladığı qızı ilk dəfə üzə çıxdı – Fotolar

Çin lideri Putindən Ukraynaya “hücum”u təxirə salmasını istəyib

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

Eldar Həsənovun həbsinin pərdəarxası məqamları: Növbədə Eldar Mahmudovdur…  - Təfərrüat

“Cəbrayılov işi”ndə yeni detal: Qardaşı biznesini Türkiyəyə daşıyıb

Ən çox oxunanalar