Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

M-17 etibarlı helikopterdirmi? – Hərbçilərimiz “Bəli” deyir, bəs faktlar?

Noyabrın 30-da Qaraheybət aviabazasında Mİ-17 helikopterinin qəzaya uğramasından sonra Azərbaycan ictimaiyyətini düşündürən məsələlərdən biri də “keyfiyyətsizliyi ilə ad çıxaran rus hərbi texnikasına ətək-ətək pul verməyə dəyərmi” sualıdır. Nədən ki, cəmi bir il əvvəl baş verən 44 günlük Qarabağ savaşında Rusiyanın ən müasir texnikalarının belə, dəmir-dümür yığınından başqa bir şey olmadığı ortaya çıxdı. Hətta Ermənistan Baş naziri və bir sıra generalları ən güclü rus silahlarından sayılan “İsgəndər-M” raketinin ya ümumiyyətlə partlamadığını, ya da ən yaxşı halda 10% partladığını bəyan etmiş, məğlubiyyətlərinin əsas səbəbini hərbi arsenallarının keyfiyyətsizliyi ilə əlaqələndirmişdilər. Maraqlıdır ki, rəsmi Bakı da rus silahlarının keyfiyyətsizliyini nümayiş etdirmək üçün Qənimətlər Parkı yaratmış və bu gün də qəhrəman Ordumuzun zərərsizləşdirdiyi rus hərbi texnikaları həmin parkda sərgilənməkdədir. Buna baxmayaraq, özümüzün hərbi arsenalımızın mühüm hissəsini də məhz rus silahları təşkil edir. Mİ-17 də bu qəbildəndir. 2021-ci ildə "Global Firepower" təşkilatının yekun hesabatlarına əsasən, Azərbaycan Silahlı Qüvvələrində 83 helikopter var ki, onlardan ən azı 11-i hücum vertolyotudur. Bu hərb maşınının nə qədərinin rus texnikası olduğu dəqiq bilinməsə də, yəqin ki, onların böyük hissəsini Rusiyadan almışıq. Hərbi arsenalımızın bu vəziyyəti Qənimətlər Parkı ilə dünyaya verdiyimiz mesajlarla bir araya sığmır.

Hərbi yetkilər bu təzadı onunla əsalandırmağa çalışırlar ki, Mİ-17 helikopteri nə qədər 14 cəngavərimizin həyatına son qoysa belə, yenə dünyanın ən yaxşı hərbi texnikası hesab olunur, biz də məhz bu səbəbdən Silahlı Qüvvələrimiz həmin texnika ilə təchiz etmişik. Mİ-17-lərin rəsmi göstəricilərinə nəzər salanda, həqiqətən də hər şey bizə təqdim olunduğu kimi görünür. Amma helikopterin “tərcümeyi-halı” onun rəsmi xarakteristikasının real mənzərəyə nə dərəcədə uyğun olub-olmadığına dair ciddi şübhələr yaradır. Belə ki, 2008-ci ildən bu yana Mİ-17 helikopterlərinin tez-tez qəzaya uğradıqları barədə məlumatlar dünyanın müxtəlif media qurumlarında öz əksini tapıb. Ən böyük qəzalardan bəziləri:

12 yanvar 2008-ci ildə Makedoniya HHQ-nə məxsus Mi-17 qəzaya uğrayıb, nəticədə 3 nəfər ekipaj və 8 nəfər sərnişin həlak olub.
31 may 2008-ci ildə Çin ordusuna məxsus, içində 14 nəfər olan Mi-171 qəzaya uğrayıb.
19 noyabr 2010-cu ildə Hindistana məxsus Mi-17 qəzaya uğrayıb nəticədə 12 nəfər heyət üzvündən heç kim sağ qalmayıb.

11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd Mi-17 qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, 3 nəfər heyət üzvü həlak olub.

27 noyabr 2016-cı ildə İrana məxsus Mi-17 Xəzər dənizi üzərində qəzaya uğrayıb 5 nəfər ölüb.
27 mart 2016-cı ildə Əlcəzairə məxsus Mi-17 ölkənin cənubunda qəzaya uğrayıb, 12 nəfər həlak olub və 2 nəfər yaralanıb.

30 noyabr 2021-ci ildə Azərbaycan ordusuna məxsus Mi-17 ölkənin Xızı rayonunda qəzaya uğrayıb, 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Təbii ki, bunlar bilinən, indiyədək qeydə alınanlardır. Bir də bilinməyən və ya böyük fəlakətin bir addımlığıda şans əsəri qurtulan qəzalar da var və bunlar az deyil. Üstəlik, həmin “şanslı” qəzalardan biri cəmi bir neçə ay əvvəl Azərbaycan Silahlı Qüvvələrinə məxsus helikopterdə baş verib.

pia.az

Türkiyə mediasının yazdığına görə, bu il may ayının 20-də Girəsun ilçəsi sahillərinə gözlənilməyən anda bir helikopter enib. Araşdırma nəticəsində helikopterin Azərbaycan Silahlı Qüvvələrinə məxsus olduğu və Amasyanın Merzifon ilçəsində keçiriləcək hərbi təlimlərə getdiyi müəyyənləşdirilib. İçərisindəki 6 nəfərlik epikajın Allahın inayəti ilə xilas olduğu helikopter motorunda yaşanan nasazlıq səbəbindən sahilə enibmiş. Texniki heyətin təmir işlərindən sonra helikopterin yoluna davam etdiyi bildirilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar