Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İ.Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, altı il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və İ.Əliyev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə bu il martın 18-i saat 01:00 radələrində Ağdaş rayonunun Yengicə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini İ.Əliyev idarə etdiyi “Volkswagen” markalı mikroavtobusu qarşıda gedən Ağdam rayon sakini Ə.Səmədovun idarə etdiyi “ZİL” markalı yük avtomobilinə vurub. Nəticədə mikroavtobusdakı sərnişinlərdən - F.Verdiyev və C.Babayev hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar