Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: Xalqın yas saxladığı gün qanunsuz aksiya keçirmək şəhidlərin ruhuna hörmətsizlikdir

Azərbaycanın inkişafını, hakimiyyətin apardığı uğurlu siyasəti, mövcud sabitliyi, ən əsası tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini həzm edə bilməyən bəzi xarici dairələr ənənələrinə uyğun olaraq yenə də çirkin niyyətlərini həyata keçirmək üçün daxili bədxahlarımızdan vasitə kimi istifadə edirlər. “Sapı özümüzdən olan baltalar”ın xarici havadarlarının sifarişi ilə keçirdikləri aksiyalar da bu tərkibdəndir. Dekabrın 1-də, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzası nəticəsində həlak olmuş 14 nəfər hərbi qulluqçu ilə vida mərasiminin keçirildiyi gün özlərini ictimai fəal adlandıran, əslində radikallığı və ölkənin maraqlarının əleyhinə fəaliyyəti özünə peşə seçən AXCP sədri Əli Kərimlinin bir qrup tərəfdarı şəhərin mərkəzində, insanların sıx olduğu məkanda qanunsuz aksiya keçirməyə cəhd göstərdilər. Xalqın yas saxladığı, həlak olan 14 hərbçi ilə vidalaşdığı vaxtda qanunsuz aksiya keçirməyə cəhd etmək ilk növbədə şəhidlərin ruhuna hörmətsizlikdir. Belə bir gündə şəhidlərimizin xatirəsini əziz tutmaq, onların doğmalarına dəstək olmaq əvəzinə küçələrə çıxıb, qanunsuz aksiya keçirmək, qarışıqlıq yaratmağa cəhd etmək insanlıqdan uzaqdır. Azərbaycan xalqı hər zaman öz milli-mənəvi dəyərləri ilə tanınan, bu dəyərləri uca tutan xalqdır. Şəhidlərimizlə vida mərasiminin keçirildiyi gün “düşmən dəyirmanına su tökən” dağıdıcı ünsürlərin xaricdən gələn sifariş əsasında, üstəlik pandemiya qaydalarını da pozaraq aksiya keçirməyə cəhd etmələri xalqımızda onlara olan nifrət hissini birə on qat artırır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın son günlərdə qazandığı diplomatik qələbələr göz önündədir: “Rusiyanın vasitəçiliyi ilə AzərbaycanRusiya prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Soçi görüşü, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən XV Zirvə Toplantısı, bunların ardınca dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammiti ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun yüksəlməsinin, postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsinin aydın mənzərəsini yaradır. Soçi görüşü Azərbaycanın diplomatik uğuru, bir sözlə, 10 noyabrda imzalanan Bəyanatın davamı kimi dəyərləndirildi. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının keçirildiyi məkan Türkmənistan olsa da, istər tədbirin gedişində səsləndirilən fikirlərdə, istərsə də tədbir çərçivəsində keçirilən görüşlərdə, imzalanan sənədlərdə əsas diqqətin Azərbaycana yönəlməsi ölkəmizin uğuru kimi qəbul olunmalıdır. Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsindən çıxan, həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini uğurla həyata keçirən bir ölkə olaraq yenə də uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanı heyrətləndirir. Bu, dövlətimizin dünyaya nümunə olan inkişaf modelinin, uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, bu ilin iyulunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ölkəmizdə səfərdə olarkən keçirilən görüşlərdə, birgə mətbuat konfransında qurumun Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində, sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu, bunun üçün lazımi dəstəyi göstərməyə hazır olduqlarını ifadə etmişdir: “Dekabrın 15-də reallaşacaq Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin baş tutacaq görüşü bunun təsdiqi olacaq. Bir mühüm məqam da diqqətdən yayınmır ki, bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan Prezidenti ilə görüşündə əsas müzakirə etdiyi məsələ Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi oldu. Beləliklə, Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi Azərbaycanda müzakirə olundu. Bütün bu uğurlarımız kimliyindən, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırmalıdır. Təəssüflər olsun ki radikallığı, Azərbaycanın hər bir uğuruna qara eynəkdən baxmağı özlərinə bir fəaliyyət istiqaməti seçən daxili bədxahlarımız xarici himayədarlarının dəstəyi ilə əldə olunan bu uğurlara kölgə salmaq, beynəlxalq rəydə çaşqınlıq yaratmaq üçün aldıqları sifarişə uyğun olaraq yenə də küçələrə üz tuturlar”.

“Zaman dəyişir, insanların düşüncələri dəyişir. Dəyişməyən isə hələ də müstəqilliyimizin bərpasının ilk illərinin nostalji hissləri ilə yaşayan ünsürlərdir” söyləyən Vüqar Rəhimzadə bildirib ki, artıq unutmayaq ki, bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edən, 44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyini dünyaya nümayiş etdirən qalib xalq, qalib dövlətdir. Xalqımız nə qədər yenilməz, məğrur xalq olduğunu bir daha təsdiqlədi. Ölkəmizdə xalq-iqtidar birliyinin sarsılmazlığı inkaredilməzdir. Bu gün xalqımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bərpa və quruculuq işlərinin də tezliklə yekunlaşmasına, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsinə səy göstərir.

YAP Xətai rayon təşkilatının sədri keçirilən aksiyanın icazəsiz olduğunu, eyni zamanda, şəhərin mərkəzi yerində - Fəvvarələr meydanında keçirildiyini vurğulamaqla geniş şərhə ehtiyac olmadığını bildirib: “Koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərində yumşalmalar olsa da, xəstələrin sayında artım bu gün də həyəcan təbilini çalmaqda, çağırışlarını etməkdədir. Sosial məsafənin gözlənilməsi, karantin qaydalarına riayət olunması günümüzün əsas tələbidir. Belə bir zamanda keçirilməsinə heç bir zərurət olmayan bir aksiyaya bu qədər cəhd edilməsi təxribatdan başqa bir şey deyil. Aksiya iştirakçılarının “siyasi məhbus” kimi təqdim etdikləri şəxslərə gəldikdə isə onların törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduqları hər kəsə aydındır. Tələbləri guya həbsdə olan AXCP üzvü Saleh Rüstəmovun azad edilməsi olsa da, əvvəldə də vurğuladığımız kimi, hədəf və məqsəd başqadır. Əgər bu ünsürləri həqiqətən aksiyanın keçirilməsi maraqlandırırsa, o zaman aksiyanın keçirilmə yeri maraq kəsb etməməlidir. Aksiya üçün şəhərin mərkəzinin seçilməsi də təsdiqləyir ki, məqsəd qarışıqlıq yaratmaqdır. Onları nə xalqın yas saxlamağı, nə 14 hərbçimizin faciəli şəkildə həlak olması, nə də həmin ailələrin kədəri maraqlandırır. Xalqın mənəvi dəyərlərinə bu qədər hörmətsizlik edənlər özlərini necə bu xalqın üzvü hesab edə bilərlər?! Məqsədli şəkildə qarşıdurma yaradaraq kənardan çəkdikləri fotolar, sonradan onları yayaraq yazdıqları şərhlər də onların əsl məqsədini ortaya qoyur.

İctimai asayişin, təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan polislərimiz hər zaman öz vəzifə borclarını yerinə yetirirlər. Dünya praktikasında aksiyaların keçirilməsi üçün icazənin olması əsas şərtdir. Əks təqdirdə onun qarşısı qanun çərçivəsində alınır ki, Azərbaycan polisi də bu missiyasını şərəflə yerinə yetirir. Azərbaycan demokratik, hüquqi dövlətdir. Cəmiyyət qanunlarla idarə olunur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır.”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar