Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mehriban Əliyeva: Avrasiyanın nadir şəxsiyyəti"

Şərqşünas Haşim Məmmədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqaləsi ərəb ölkələrinin KİV-lərində gündəm olub.

Belə ki, Həşim Məmmədovun “Mehriban Əliyeva: Avrasiyanın nadir şəxsiyyəti” adlı məqaləsi Misir (elalmelarby.com, alqraralaraby.com, aldiplomasy.com, almsaey.akhbarelyom.com), İordaniya (alanbatnews.net, nayrouz.com, shaabnews.co), Mərakeş (alqalamlhor.com) və Əlcəzair (dzayerinfo.com) saytlarında dərc olunub.

Müəllif yazıda qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva azərbaycanlılar üçün fenomenal şəxsiyyətdir: “İstər Birinci vitse-prezident kimi fəaliyyətində, istər həyata keçirdiyi sosial layihələrdə, istər təşkilatçılıqda Mehriban Əliyeva həmişə uğurlu olur. Onun bu uğurunun sirri isə bütün fəaliyyətində insan faktorunun ön planda olmasıdır.Mehriban Əliyeva uğurlu diplomatdır, vətəndaşların daim yanında olan şəxsdir, mədəniyyətin qoruyucusu, təbliğatçısıdır, Vətəninin dünyada tanıdılması üçün nəhəng layihələrin təşəbbüskarı və müəllifidir. Mehriban Əliyevanı fenomenal edən xüsusiyyətləri saysız-hesabsızdır.Lakin onun fəaliyyəti təkcə Azərbaycanın sərhədləri ilə məhdudlaşmır, əksinə, bir çox hallarda Azərbaycanı məhz Mehriban Əliyevanın gördüyü işlərlə dünyada tanıyırlar”.

Məqalədə bildirilir ki, Mehriban Əliyeva fəaliyyəti boyunca həmişə öz sadəliyi, eləcə də dəqiq və səlisliyi ilə seçilib: “İnam həyatın bütün sahələrində əsas amildir, siyasətdə isə onsuz nəyəsə nail olmaq çətindir. Lakin hər bir siyasətçi bunu qazanmalı, öz əməli ilə əldə etməlidir. Mehriban Əliyeva bu inamı Azərbaycan naminə, Azərbaycan insanının yaxşı yaşaması və xoşbəxt gələcəyə sahib olması naminə Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayarkən qazanıb.Mehriban Əliyevanın fəaliyyətinə, gördüyü işlərin kiçik bir qisminə nəzərə saldıqda hər şey əyani şəkildə ortaya çıxır”.

Yazıda Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin, ölkənin müxtəlif sferalarında həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar