Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İran - Əfqanıstan sərhədində baş verənlər... - İrana qarşı hansısa geosiyasi hesabların nəticələri ola bilər?

İran - Əfqanıstan sərhədində baş verənlər nədən xəbər və İrana hücum etməkdə Taliban nəyə nail olmaq istəyir?..

Politoloq: “Talibanın İrana hücum etməsi gözlənilən idi. Çünki Talibanın hakimiyyətə gətirilməsində əsas məqsəd İranı, Rusiyanı, Çini təhdid altında saxlamaqdır”.

Taliban İrana qarşı provokasiya addımları davam edəcək. Amma İran Talibana qarşı effektiv mübarizə apara biləcək və buna qadirdir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Talibanla İran arasında olan gərginliyin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Srağagün İran sərhədçiləri ilə “Taliban” arasında baş verən toqquşmada tərəflər bir-birinə artilleriya zərbələri endirib. Hətta İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrinin “Taliban” tərəfindən ələ keçirildiyi qeyd olunur.

İnsident bir neçə iranlı kəndlinin İran Əfqanıstan sərhədində inşa edilən hasarın kənarına çıxması ilə başlayıb. Kəndlilər divardan kənarda olsalar da, İran sərhədləri daxilində olunblar. Buna baxmayaraq Taliban döyüşçüləri onlara atəş açıb. İran tərəfi də atəşə cavab verdikdən sonra atışma şiddətlənib. Ancaq axşama yaxın tərəflər atəşi dayandırıblar. Taliban İranın bir neçə sərhəd məntəqəsini ələ keçirdiyini bildirsə də sonradan geri çəkilib.

İran - Əfqanıstan sərhədində baş verənlər nədən xəbər və İrana hücum etməkdə Taliban nəyə nail olmaq istəyir? Ümumiyyətlə Əfqanıstanla müharibə şəraitinin ortaya çıxması İrana qarşı hansısa geosiyasi hesabların nəticələri ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Taliban İranı məğlub edib, ərazisini işğal edəsi deyil. Talibanın əsas məqsədi Əfqanıstan sərhədindən İranı təhdid etmək və təhdid altında saxlamaqdır”.

Talibanın kənar güclərin təlimatı ilə İrana qarşı nəsə etmək istəyəcəyini düşünən politoloq PİAaz-a bildirib ki, bu qarşıdurmada maraqlı olanlar ABŞİrana düşmən olan digər dövlətlər də ola bilər. Politoloq qarşıdurmanın yaranmasında hətta İsraildən rolunun ola biləcəyini istisna etməyib.

İranla Əfqanıstan arasında döyüşlərin getməsi ilə bağlı daha çox dünən məlumatlar yayıldı. Talibanın İrana hücum etməsi gözlənilən idi. Çünki Talibanın hakimiyyətə gətirilməsində əsas məqsəd İranı, Rusiyanı, Çini , təhdid altında saxlamaqdır. Yəni ABŞ Talibanı hakimiyyətə gətirməklə, əslində bu üç böyük dövlətə qarşı təhdidlərlə çıxış edir.

Amma bu ölkələr də çalışırlar ki, Talibanla yaxınlaşsınlar. Məsələn Rusiya və Çin Talibanla yaxınlaşmaq istəyir. Onlar Talibanı neytrallaşdırmaq, onu tamamilə ABŞ-ın nəzərində olmasına imkan verməmək taktikasını seçiblər. Bütün bunlar onu deməyə əsas verir ki, bu üç ölkə Talibanın təxribatlarını da cavabsız qoymayacaqlar. Onlar Talibanla yeri gələndə təhdid, yeri gələndə gələndə isə əməkdaşlıq dilində danışacaqlar.

Bildiyimiz kimi Talibanın terrorçu imici təmizlənməyə çalışılır. Taliban artıq özünü sivil hakimiyyət kimi qələmə verməyə çalışır və ona bu işdə ayrı-ayrı dövlətlər də yardımçı olurlar. Talibanın İŞİD-lə mübarizəsi də bu üzdəndir. Amma düşünürəm ki, bu Talibanın terrorçu imicini silib ata bilməz. Çünki Taliban hökümətin təmsil olunan şəxslərin çoxu terrorla əlaqəsi olan şəxslərdir.

Nəzakət Məmmədova: “ABŞ, İsrail və digər dövlətlər tərəfindən İrana şataj, təhdid olacaqsa, bu zaman Talibanın da İrana təhdidi davam edəcək. Məsələ bu cür də davam edəcək”.

İndi isə Tehran Talibanın İranın sərhəd məntəqələrini tutmasını təkzib edir. Amma Taliban bununla bağlı görüntülər yayıb. Təbii ki, Taliban kənar güclərin təlimatı ilə İrana qarşı nəsə etmək istəyəcək. Bu güc ABŞİrana düşmən olan digər dövlətlər də ola bilər. Mən sərhəddəki son qarşıdurmaya İsrailin qarışa biləcəyini də istisna etmirəm.

Düşünürəm ki, Taliban İrana qarşı təxribat xarakterli addımları davam edəcək. Amma İran Talibana qarşı effektiv mübarizə apara biləcək və buna qadirdir. İran Hizbullah kimi təşkilatla İsrail kimi dövlətə qarşı mübarizə aparır. Hizbullahın çox böyük gücü və döyüş təcrübəsi var. İranın da texniki cəhətdən ordusu güclüdür.

Təbii ki, Taliban İranı məğlub edib, ərazisini işğal edəsi deyil. Talibanın əsas məqsədi Əfqanıstan sərhədindən İranı təhdid etmək və təhdid altında saxlamaqdır. Taliban İranı hansısa güzşətlərə getməyə razı sala biləcəksə, bu zaman Talibanın təhdid səngiyəcək. Amma ABŞ, İsrail və digər dövlətlər tərəfindən İrana şataj, təhdid olacaqsa, bu zaman Talibanın da İrana təhdidi davam edəcək. Məsələ bu cür də davam edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

"Qələt edirlər, başlarını daşa döyürlər, qeyrətləri varsa..." -Müşfiq təhqirə keçdi

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır" - Paşinyan

Ən çox oxunanalar