Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnik mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

"Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işğaldan azad edilən ərazilərdə öz işlərini layiqincə yerinə yetirirlər".

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu nazirliyin "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov deyib.

O bildirib ki, qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilir: "İşimizin ağır olmasına baxmayaraq, fəaliyyətimizi layiqincə həyata keçiririk. Hava şəraitindən asılı olmayarq torpaqlarımızın minalardan və partlamamış mərmilərdən təmizlənməsi üçün əlimizdən gələni edirik".

Ə.Süleymanovun sözlərinə görə, FHN əməkdaşları hazırda FüzuliAğdam rayonları ərazisində su hövzələrinin minalardan təmizlənməsinə cəlb edilib: "Su hövzələrinin minalardan təmizlənməsi böyük əhəmiyyət kəsb edir. Məqsədimiz vətəndaşlarımız tezliklə geri qayıtdıqdan sonra onların kənd təsərüffatı işləri ilə rahat şəkildə məşğul olmalarına şərait yaratmaqdır".

Polkovnik vətəndaşlara çağırış edib: "Xahiş edirəm ki, minalardan təmizlənməyən ərazilərə daxil olmasınlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar