Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistan ABŞ-ın “anti-Rusiya sammiti”ndə - Peskovun xəbərdarlığı

Erməni politoloqlar deyir ki, bəyanat Ermənistanı hədəfə alır və bundan ciddi narahat olmağa dəyər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı Ermənistanda çaxnaşma yaradıb. Peskov bəyan edib ki, Moskva ABŞ prezidentinin dekabrın 10-da onlayn keçirəcəyi “Demokratiya sammiti”nə mənfi yanaşır.

Peskovun sözlərinə görə, bu, dünyanı yaxşı və pisə ayıran yeni ayırıcı xətlərin təşəbbüsüdür. Beləliklə, Peskovun bəyanatı Rusiyanın ABŞ-ın təşəbbüsü ilə çağırılan sammitdə Ermənistanın iştirakına qarşı olduğunu ifadə edir. Erməni politoloqlar deyir ki, Peskovun Rusiya-ABŞ geosiyasi qarşıdurması fonunda verdiyi bəyanat Ermənistanı hədəfə alır və bundan ciddi narahat olmağa dəyər. Birləşmiş Ştatlar prezidentinin “Demokratiya sammiti”nə insan haqlarını əslində heçə sayan, monoetnik bir cəmiyyət olan Ermənistanın dəvət alması, təbii ki, Rusiyanı narahat edir. Ən azından ona görə ki, Ermənistan Rusiyanın forpostudur. Ermənistan Rusiya ilə müttəfiqlik sazişinə malikdir. Rusiyanın yaratdığı Avrasiya Birliyində və KTMT-də təmsil olunur. Belə olan təqdirdə İrəvanın bu tədbirə qatılması Kremldə anti-Rusiya addımı kimi xarakterizə edilir. Bu isə Ermənistanın onsuz da qısır olan xarici siyasətdə manevr imkanlarını sıfırlayır. Ermənistanda Co Baydenin dəvətindən həm də ona görə çox sevinmişdilər ki, Azərbaycan və Türkiyə bu sammitə dəvət almamışdı. İndi isə sevincləri qursaqlarında qaldı və Moskva ilk imkanda qulaqlarını buracaq...

Ceyhun Məmmədov

YAP-çı deputat Ceyhun Məmmədov Rusiyanın xarici siyasətində Ermənistanın etdiklərini nəzərə almalı olduğunu bildirdi: “Bütövlükdə götürdükdə bu, Ermənistanın öz müttəfiqlərinə, əməkdaşlıq etdiyi ölkələrə qarşı nə dərəcə qeyri-səmimi və riyakar olduğunu göstərir. Əslində belə götürəndə bu gün Ermənistanın ayaqda qalmasında, müharibədən bu formada çıxmasında əsas rolu Rusiya oynayıb. Kreml Ermənistana silah verir, qaz, elektrik şəbəkəsinə öz töhfəsini verməkdədir. Bu gün Ermənistan üçün Rusiya lazım olan bütün addımları atır. Amma biz yenə o məsələyə gəlirik ki, bütün bunların müqabilində Rusiyanın aldığı yalnız Ermənistanın xəyanətidir, imkan qazanan kimi ermənilərin Kreml əleyhinə apardığı təbliğatdır. Hesab edirəm ki, Rusiya Ermənistan tərəfinin bu yanaşmasını siyasətində nəzərə almalıdır. Bilməlidir ki, bu dövlət nə dərəcədə riyakar və saxtadır. Əlbəttə, bunu bilirlər. Ermənistan sevinirdi, öyünürdü ki, bu sammitə Türkiyə və Azərbaycan dəvət olunmayıb. ”Demokratik" Ermənistan sammitə dəvət aldı. Nə dərəcədə demokratik ölkə ola bilər ki, bu dövlətdə bu qədər qanun pozuntuları var. Seçkilərdə bu qədər problemlər oldu. Keçmiş prezidentlərə qarşı məhkəmə qərarları var. Erməni iqtidarına qarşı çıxış edənlərə sərt tədbirlər görülür. Bütün bunların fonunda Amerika Ermənistanda hansı demokratiyanı görür, bu mənim üçün çox düşündürücüdür. Azərbaycan rəsmi Vaşinqtonun bu yanaşmasını qətiyyətlə qınayıb və öz mövqeyini bildirib. Bu yanaşmadan belə çıxır ki, Ermənistan Türkiyədən daha demokratdır? Yoxsa İraq, Konqo demokratikdir? Rusiya tərəfi də bu məsələni nəzərə almalıdır ki, bu millətdən, dövlətdən etibarlı tərəfdaş, partnyor kimi nəsə gözləmək əbəsdir. Nə qədər bu dövlətə, millətə yaxşılıq etsən, dəstək olsan, məqam düşən kimi birinci baltanı ona çörək verənə, dəstək olana vuracaq. Bu gün bunu ilk dəfədir ki, görmürük".

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov Peskovun bəyanatının başa düşülən olduğunu söylədi: “Təbii ki, Ermənistanın ABŞ prezidentinin təşkil etdiyi ”Demokratiya sammiti"nə dəvət edilməsi və İrəvanın bu dəvəti qəbul etməsi Rusiyanı qane etmir. Belə ki, Rusiya Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq cəhdlərindən və eləcə də rəsmi İrəvanın Kremlin iradəsindən kənara çıxmaq istiqamətində atdığı addımlardan xəbərdardır. Bu mənada Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı tamamilə başa düşüləndir. Çünki Rusiya Ermənistanın bu səpkili davranışlarına imkan vermək fikrində deyil. Peskovun bəyanatı isə faktiki olaraq xəbərdarlıq xarakterli bəyanat təsiri bağışlayır. Kreml, bu günə qədər dövlət olaraq mövcudluğunu saxlaması üçün hər şeyi etdiyi bir dövlətin, o cümlədən Avrasiya Birliyində və KTMT-də təmsil olunan bir dövlətin indi anti-Rusiya layihəsində iştirak etməsini xəyanət olaraq qəbul edir. Rusiyanın yüksək siyasi dairələrində erməni baş nazirə etibar edilmədiyi artıq qətiyyən şübhə doğurmur. Bu isə öz növbəsində erməni tərəfində ciddi narahatlıq yaradıb və faktiki olaraq bir müddət əvvəl Azərbaycan və Türkiyənin həmin sammitə dəvət olunmamasına sevinən erməni cəmiyyəti indi Rusiya tərəfindən cəzalandırılacaqlarının təşvişini yaşayırlar. Erməni mətbuatı Peskovun bəyanatını hətta Ermənistanın daxili işlərinə qarışmaq kimi xarakterizə edir. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Ermənistan əlaqələrində ciddi problemlər mövcuddur və bu problemlər bundan sonra da daha qabarıq şəkildə özünü göstərəcək. Bu baxımdan, həmin sammitdə müzakirə olunacaq məsələlərin məzmunu və nəticələri daha çox erməni baş nazirin gələcək taleyinin dəqiqləşməsi baxımından da önəm daşıya bilər".

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Kremlin Ermənistanın təsir dairəsindən çıxmasına imkan verməyəcəyini söylədi: “Baydenin demokratiya sammiti ilk növbədə dünyada heç də demokratiyanın inkişafına deyil, burada öz orbitini formalaşdırmağa çalışır. Yeni birqütblü dünya yaradır. Təbii ki, bu dünyada yeni böhranın başlanmasına gətirib çıxaracaq. Məhz Rusiyanın artıq verdiyi bu bəyanat göstərir ki, Vaşinqtonun demokratiya sammiti digər ölkələrə qarşı təzyiq mexanizmidir. Qeyd edim ki, Ermənistanın bu sammitə dəvət alması Rusiyanın maraqlarına ziddir. Çünki bu, Rusiyanın forpostu olan ölkənin ABŞ-ın ağuşuna düşməsidir. Buna Kreml icazə verməyəcək. Bunu maraqlarına təhdid hesab edir. Düşünürəm ki, Rusiya konkret olaraq Ermənistana ciddi təzyiqlər edəcək. Qaz qiymətləri və silahların verilməsində İrəvanın maraqlarını nəzərə almayacaq”.(Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib

Cəlilabad sakini su quyusu qazdı, neft çıxdı - Video

Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...

Əsgərlik şərəfini yaşamayan Tolikin təhqir etdikləri: MAXE, şəhid, qazi, Əbülfəz Elçibəy...

“Siyasi mühacir işi” üzrə Ramin Hacılıdan başqa həbs edilənlər

Qazaxıstanda qanlı yanvar dəhşətləri: öldürülənlərin sayı 1000-i keçə bilər

XİN: Ermənistanın münaqişədən sonrakı dövrdə bu cür təbliğatı təəssüf doğurur və təhlükəlidir

“Human Rights Watch” 44 günlük müharibəyə görə Azərbaycandan qisas alır

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb

“Mançester Siti” “Real Madrid”in ulduzunu transfer etmək istəyir

Ən çox oxunanalar