Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Azərbaycanın müdafiə nazirinə başsağlığı verib

İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi briqada generalı Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş qərargah rəisi Kərim Vəliyevə başsağlığı verib.

APA-nın Tehran bürosunun məlumatına görə, Azərbaycan Sərhəd Qoşunlarının 14 hərbiçisinin vertolyot qəzasında şəhid olması münasibətilə verilən başsağlığı mesajında bildirilir: "Dərin kədər və təəssüf hissi ilə vertolyot qəzasını və hərbiçilərin həyatını itirməsi xəbərini aldıq. Uca Yaradandan hadisə qurbanlarına rəhmət, onların ailələrinə və yaxınlarına səbir diləyirəm. Hadisə nəticəsində xəsarət alanlara sağlamlıq arzulayıram".

Bu gün, həmçinin, İranın Sərhəd Qoşunlarının komandanı general Əhəməd Əli Qudərzi Azərbaycan Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə başsağlığı mesajı göndərib.

"Vertolyot qəzasında həyatını itirmiş sərhədçilərin ailələrinə, sizə, Azərbaycan xalqı və dövlətinə başsağlığı diləyirəm. Hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk", başsağlığında vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar