Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərovun şirkəti müqavilə öhdəliyini pozub

Fövqəladə Hallaq naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “GP Alpha Greenhouse” MMC məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı “Azər Montaj” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi podrat müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.

“GP Alpha Greenhosue” MMC 2016-cı ildə 50 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Tağıyev Maşallah Saleh oğlu olub. 2021-ci ildə reyestr məlumatlarına dəyişiklik edilib. Bununla da qanuni təmsilçi dəyişib. İndi şirkətin qanuni təmsilçisi Ələkbərov Tural Nəriman oğludur.

“GP Alpha Greenhouse” MMC kənd təsərrüfatı sektorunda öz fəaliyyətini 2017-ci ildə Azərbaycan Respublikası Salyan rayonu yaxınlığında yerləşən Kürsəngi kəndində 5 hektar ərazidə istixananın tikintisi ilə başlayıb. İstixanaların layihələşdirilməsi və tikilməsi “Gilan İnşaat” MMC tərəfindən həyata keçirilib.

Şirkətin “Gilan Holdinq”ə daxil olduğu deyilir. Sözügedən holdinqin isə Kəmaləddin Heydərova məxsus olduğu sirr deyil. Bəzi iddialara görə, holdinq artıq Fövqəladə Hallar nazirindən alınıb. Amma bu məlumatlar hələ təsdiqini tapmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ən çox oxunanalar