Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hesabat: Ermənistan işğal müddətində 22 muzeyi dağıdıb

İşğal edilmiş ərazilərimizdə dağıdılmış 22 muzeydən ən böyüyü Kəlbəcər rayonunda yerləşən Tarix və Diyarşünaslıq Muzeyi olub.

PİA.az-ın məlumatına görə, bu, "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"ında yer alıb.

Bu muzeydə nadir ağac və bitki növlərinə aid nümunələr (regionun özündə 40 min növ mövcuddur), mineral və daş nümunələri olan stendlər (Kəlbəcər bu baxımdan zəngin yataqlara malikdir), qədim sikkələrdən ibarət bənzərsiz kolleksiya və qədim qəbir daşlarından ibarət zəngin kolleksiya qorunub.

Muzeydə 13 min qiymətli və nadir eksponat saxlanılıb.

Laçın rayonunda yerləşən Tarix və Diyarşünaslıq Muzeyi yerlə yeksan edilib və 5 min tarixi eksponat Ermənistana aparılıb, həmçinin muzeydə olan gümüş əl çantası Londonda “Sotheby`s” auksionunda 80 min ABŞ dollarına satılıb.

Ağdam şəhərində 4 muzey olub. Onlardan ən unikalı Ağdam Çörək Muzeyidir. Bu, Sovet İttifaqında yeganə, dünyada isə 2-ci belə muzeydir. Əl dəyirmanı, rəndə, qablar və digər vasitələrlə yanaşı muzeydə eramızdan əvvəl 7-ci əsrə aid kömürləşmiş buğda dənələri qorunub. Bütün şəhərlə birlikdə bu muzey də dağıdılıb və talan edilib. İşğal olunmuş ərazilərdə qalan və sonradan talan edilən digər muzeylər isə 3 mindən çox eksponatın saxlanıldığı Qubadlı Tarix və Diyarşünaslıq Muzeyi və 6 mindən çox eksponata malik Zəngilan Tarix və Diyarşünaslıq muzeyidir.

Şuşa şəhərinin özündə olan 8 muzey, 31 kitabxana və 8 tarixi mədəniyyət evləri dağıdılaraq yerlə yeksan edilib.

Mədəniyyət abidələrinin dağıdılması və talan edilməsi ilə yanaşı onların eksponatları müxtəlif ölkələrdə satışa çıxarılıb. Buna misal olaraq, Şuşa şəhərinin tanınmış şairəsi Xurşudbanu Natəvan, məşhur azərbaycanlı xanəndə və bəstəkar Bülbül və dahi bəstəkar Üzeyir Hacıbəylinin bürünc büstünün metal kimi Gürcüstanda satılması planlaşdırılıb və Azərbaycan hökuməti buna mane olaraq büstləri 500 min dollar qarşılığında geri alıb. Şuşa şəhərinin azad edilməsi ilə abidələr öz vətənlərinə qaytarılıblar. Qarabağda azərbaycanlılara məxsus mədəniyyət abidələrinin talan edilməsi və mənimsənilməsi təkcə 30 illik işğal dövründə deyil, İkinci Qarabağ Müharibəsi və ondan sonra da həyata keçirilib. 2021-ci il fevralın 15-də Yerevandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda 2020-ci il noyabrın 1-də Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçalardan ibarət sərgi açılıb. Ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, lakin onlardan 71-i sərgidə nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın 350 yaşı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar