Cümə, 21 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Abdullahian: “Qərb xoşməramlı olarsa, yaxşı razılaşma əldə edilə bilər”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avstriyanın paytaxtı Vyanada İran ilə nüvə razılaşması tərəfləri arasında aparılan danışıqları dəyərləndirib.

O, “Twitter” hesabında qeyd edib ki, görüşlərdə İranı təmsil edən siyasətçi və xarici işlər nazirinin müavini Əli Bakiri ilə gündəlik təmasdadır və danışıqlar sanksiyaların ləğvi kimi əsas prioritetlər istiqamətində irəliləyir.

“Əgər Qərb xoşməramlı olarsa, yaxşı razılaşma əldə edilə bilər. Biz ağlabatan, ölçülüb-biçilmiş və nəticəyönümlü dialoq axtarırıq”, - deyə o bildirib.

İran və nüvə sazişi tərəfləri arasında prosesin canlandırılması və ABŞ-ın razılaşmaya qayıtmasının müzakirə olunduğu yeddinci mərhələ danışıqları beş aylıq fasilədən sonra noyabrın 29-da davam etdirilib. Avropa İttifaqının koordinasiyası ilə danışıqlarda Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (4+1) birbaşa, 2018-ci ildə razılaşmadan birtərəfli qaydada çıxmış ABŞ isə dolayısı ilə iştirak edir.(Anadolu agentliyi)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

20 yanvarda sovet ordusunuBakıya Rəsulzadə çağırıb? - Özü "yalandır" deyir, amma...

Nikol Paşinyan 20 Yanvar Şəhidlərini belə yad etmişdi - Video

Azərbaycanlı vəzifəli şəxsin qardaşı oğlu Rusiyada qətlə yetirildi

Zakir Həsənov Vətən Müharibəsi Qəhrəmanını müavin təyin etdi - Foto

"Yolverilməz və ləyaqətsiz adamdır..." - "Ramiz Mehdiyev intellektual səviyyədə deyil..."

“Bakımız sanki diri-diri yandırılmışdı”: 20 Yanvar faciəsinin şahidi ilə müsahibə

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - Video

Bakıda nişanlısı tərəfindən döyülən gənc qızın qolları sınıb

Türkiyənin Ukrayna məsələsindəki mövqeyi hara doğru dəyişir?

Ən çox oxunanalar