Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Qafqazda qaz mübadiləsi - İranla əməkdaşlığın qapıları açılır...

İranın yeni administrasiyası Türkiyə-Azərbaycan əməkdaşlığını və onun region üçün hansı potensiala malik olduğunu yaxşı təhlil etməlidir...

Kürşad Zorlu
“Habertürk” qəzeti, Türkiyə, 1 dekabr 2021-ci il

Üç gün əvvəl Türkmənistanın paytaxtı Aşqabadda mühüm bir saziş imzalanıb. İran, Azərbaycan və Türkmənistan ildə təxminən 2 milyard kubmetr qaz mübadiləsi üzrə üçtərəfli sazişi razılaşdıra biliblər. Bu çərçivədə İran Türkmənistandan qaz alacaq və bunun müqabilində Astara sərhədindən Azərbaycana eyni miqdarda qaz verəcək. Bir növ, Azərbaycan Türkmənistandan gündəlik 5-6 milyon kubmetr qaz alacaq.

Bu, dekabrın 22-də fəaliyyətə başlayacaq saziş İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammiti çərçivəsində imzalanıb.

Əslində, İran Rusiyadan sonra dünyada ikinci ən böyük təbii qaz ehtiyatına malikdir. Bu ehtiyatların böyük hissəsi ölkənin cənub və şimal əyalətlərindədir. Lakin İranın paylayıcı şəbəkələrində problemlər var. Bu səbəbdən, 90-cı illərin sonlarından təbii qazı qonşu Türkmənistandan idxal edir. 2016-cı ildə isə bu proses dayanıb.

Bundan başqa, İranın əvvəllər Türkmənistandan aldığı qaza görə 1,5 milyard dollar borcu var. İranın neft naziri Cavad Ovci borcun məbləği ilə bağlı mübahisə edir, lakin onun mövcudluğunu inkar etmir. Nazir bildirib ki, yaxın vaxtlarda Türkmənistan tərəfinə qaz borcunun birinci hissəni ödənəlicək.

Bu müqavilə qazın həcminə görə simvolik olsa da, yaxın gələcəkdə üç ölkənin münasibətləri barədə işarələr verir. Xüsusilə Qarabağda baş verən proseslər çərçivəsində gərginləşən İran-Azərbaycan münasibətləri Türkmənistan və Azərbaycan arasında Transxəzər Boru Kəmərinin reallaşması ilə, sanki, yeni bir kimlik qazanıb.

Hər keçən gün Türkmənistan üçün öz qazını Rusiya marşurutu istisna olmaqla, Avropaya nəqli daha çox gündəmə gəlməyə başlayıb. Türkmənistanın qapalı sistemi və sərt mərkəzləşdirilmiş iqtisadiyyatı bu günlərdə onun Ümumdünya Ticarət Təşkilatına üzv olması xəbəri ilə rezonans doğurur. Təbii ki, bu gündən sabaha heç bir xarici genişlənmə olmayacaq. Lakin bununla bağlı cəsarətli addımlar atmağa davam etmək Türkmənistanın xarici aləmdə görünməsi üçün vacibdir. Türkmənistan noyabrın 12-də Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olub.

İranın yeni administrasiyası ilk dövrdə şimal qonşusu Azərbaycana qarşı gərgin siyasət yürütsə də, son bir neçə həftə ərzində region ölkələri ilə enerji məsələsində münaqişələri həll etmək meyli nümayiş etdirir. Rəisi administrasiyası dövründə İranın neft ixracı sutkada 1 milyon barreli keçdiyi halda, əvvəllər bu rəqəm 300 min barrelə yaxın idi.

Əfqanıstandan keçəcək TAPİ layihəsi ilə İran Xəzərin dibindən keçəcək olan Azərbaycan-Türkmənistan xəttində də aktiv rol oynamaq istəyir. Xəzər xətti üçün böyük investisiya büdcəsi tələb olunduğunu nəzərə alsaq, Xəzərə sahili olan 5 ölkədən biri kimi Türkmənistan qazının onların vasitəsilə nəqlinin mümkünlüyü İranı daha da yaxınlaşdıra bilər.

Ona görə də, bu proses İranın Cənubi Qafqazda yeni nəqliyyat dəhlizlərinə daha praqmatik yanaşmasına yol aça bilər və Türkiyənin təklif etdiyi 6-lı mexanizmə daha istiqanlılıqla yanaşmasını təmin edə bilər. Beləliklə, orta müddətli perspektivdə Türkiyə-İran münasibətləri baxımından müsbət təsirlər yarada bilər. Təbii ki, bu optimist imkanlar bir daha tərəflərə bir çox yerlərdə, xüsusən də Suriyaİraqda potensial gərginlik sahələrini və Cənubi Azərbaycanda baş verən prosesləri də xatırlatmalıdır və bu gərginliklərin ortadan qalxması üçün ortaq nöqtələr tapılmalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar