Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

Bu gün, dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri, keçmiş siyasi məhbus Tofiq Yaqublunun sifət nahiyyərində çoxsaylı qançırlar olan fotosu yayılıb. Fotoda Yaqublunun göz üz nahiyyəsi və göz qapaqlarında zədələrin olduğu görünür. Tofiq Yaqublu saxlanılarkən onun sifət nahiyyəsində həmin qançırların olduğu görünmür.

Yaqublu “Amerikanın Səsinə” müsahibəsində bildirib ki, aksiyanın keçirildiyi Fəvvarələr meydanına təzəcə daxil olan zaman polis tərəfindən saxlanılıb.

“Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Orada bandotdeldən (Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur-red) xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər. Möhkəm döydülər. Sonra da sürüyüb bir avtomobilə atdılar. Yolda yenə də döyməkdə davam etdilər. Yolun bir yerində sifətimin şəklini çəkib yuxarı göndərdilər, raport verdilər. Onlar da baxıb, xəsarətlərin ürəklərincə olmadığını, təmiz deyil, testdən keçmədiyini dedilər. Sonra yenə də bir körpünün altında avtomobildən saldılar, yenə də döydülər. Başımda torba olduğundan hara olduğnu müəyyən edə bilmirdim. Sonra gətirib bir çöllü-biyabanda atdılar. Nə yol, nə avtomobil, heç yer görünmürdü. Orada üstümə düşdülər ki, imtina edim, söz verim, kameraya danışım ki, bir daha mübarizə aparmayacam. Təbii ki, mən də bunları demədim. Sonra qollarıma vurduqları qandallar açılmırdı. Xeyli vaxt qandalların üzərində çalışdılar. Sonra, Mitsubishi markarlı bir pikap avtomobil gəldi. Yenə torba başımda gətirib haradasa avtomobili saxladılar. Yenə tələblər irəli sürdülər. Axırda da gətirib Ələt qəsəbəsində avtomobildən düşürdülər,“ o qeyd edib.

Yaqublu dəhşətli ağrılarının olduğunu bildirib.

“Gözlərim görmür. Gərək baxmaq üçün göz qapağımı əllərimlə qaldıram. Əsas’n üzümə, başıma, qollarıma, qılçlarıma, hara gəldi zərbələr endirdilər.”

Yaqublu başına gələnlərlə bağlı şikayət edəcəyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.

“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qayda da araşdırılacaqdır,” o qeyd edib.

Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanılıb. Daha sonra mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamın dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

Rüstəmli 26 gündür həbsxanada aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən çoxdur həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.(aztoday)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar