Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənovun oğlunun Vüqar Səfərlinin məhkəməsinə çağırılması ilə bağlı vəsatət qaldırıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsinin başa çatdığı elan edilib.

Bildirilib ki, ümumilikdə 5 şahid dinlənilib, birinin isə ifadəsi elan olunub.

Şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır:

“Portos” MMC-də baş mühasib işləmişəm, pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə isə Gülər Vəliyevaya 580 min manat pul verdim”.

Elan edilib ki, “Portos” MMC ləğv edilmiş KİVDF tərəfindən jurnalistlər üçün tikilən iki binanın inşasını reallaşdırıb.

Daha sonra jurnalistlər üçün tikilən binalarının tikintisi ilə bağlı ekspertiza rəyi elan olunub.

Məhkəmədə Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılıb.

Vəsatət təmin edilməyib.

Bildirilib ki, məhkəmə istintaqı yekunlaşıb.

Proses dekabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar