Çərşənbə, 19 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakı sakini döyülərək öldürülüb

Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinə noyabrın 27-də saat 23 radələrində Zabrat qəsəbə sakini Məhəmməd Əliyevin döyülməsi nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən PİA.az-a verilən xəbərə görə, araşdırmalarla onun həmin gün Zabrat qəsəbəsi ərazisində qəsəbə sakini R.Əzimov tərəfindən xuliqanlıq zəminində döyülməsi müəyyən edilib.
Həkimlərin səyinə baxmayaraq M.Əliyev noyabrın 29-da xəstaxanada ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Əzimov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Nənəmgili zirzəmidən də qovurdular"– Hacı Zeynalabidinin rus nəticəsi

Hacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb, heykəl bərpa olunub - Yenilənib, Foto

Deputatdan Mehdiyevə zəhər kimi sözlər: "BDU rəhbərliyi onun arvadına və qızına rezidensiya yaradıb"

Putinin Nazarbayevə çılğın qəzəbi nədən doğub?..

İlham Əliyev Putinlə Qazaxıstan, Ukrayna və Qarabağı müzakirə edib

İradə Gülməmmədova icra başçısı vəzifəsindən azad edilib

Baş nazir ərzaq təhlükəsizliyi və qiymət artımı ilə bağlı müşavirə keçirib

Eldar Mahmudovun oğlu Londonda yeni şirkət sahibi oldu - Sənəd

Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı

Abdin Fərzəliyev Abşerona icra başçısı təyin edildi - Sərəncam

Tahir Kərimli ona qarşı səslənən ittihamlara cavab verdi - Video

Ən çox oxunanalar