Parisdə keçirilən 65-ci “Qızıl top” (Ballon d'Or) mükafatının təqdimetmə mərasimində futbolçularla yanaşı digər tanınmış idmançılar da iştirak edirlər.
APA-nın xəbərinə görə, Formula 1 pilotları Fernando Alonso və Esteban Okon da Şatle teatrında keçirilən mərasimə qatılıblar.
***
Parisdə keçirilən “Qızıl top” mükafatına ilk 10 finalçı məlum olub.
APA-nın xəbərinə görə, namizədlər bunlardır:
Kərim Benzema (Real Madrid)
Kristiano Ronaldo (Juventus və Manchester United)
Cyanluci Donnaruma (Milan və PSG)
Jorjinho (Chelsea)
Nqolo Kante (Chelsea)
Robert levandovski (Bayern Munich)
Kilyan Mbappe (PSG)
Lionel Messi (FC Barcelone və PSG)
Mohamed Salah (Liverpool)
***
Fransanın paytaxtı Parisdə 65-ci “Qızıl top” (Ballon d'Or) mükafatının təqdimetmə mərasimi başlayıb.
APA-nın xəbərinə görə, canlı yayımlanan tədbirdə 11-30-cu sırada yer alan oyunçuların adları açıqlanıb.
Yaxın saatlarda ilk onluqdakı futbolçuların da adları bəlli olacaq. Bu ilin favoritləri Lionel Messi, Robert Levandovski və Kərim Benzemadır.
pia.az