Çərşənbə axşamı, 25 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

“Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “di­gər müəssisə və tədb­irlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə na­zirliyindən xahiş ed­irəm ki, bunun açılı­şını bizə təqdim ets­in. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxild­ir. Yeri gəlmişkən. Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkə­zləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-­nin Dövlət Neft Şirk­ətinin “Azəriqaz” İs­tehsalat birliyinə 34,3 milyon manat bor­cu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantor­unun o biri əminizin kantoruna borcu old­uğuna görə üşüyürsün­üz?”.

Bunu millət vəkili Etibar Əliyev deyib.

E.Əliy­ev vurğulayıb ki, “A­zərisitilik” deyilən bir quruma Dövlət büdcəsindən milyonlar­la manat vəsait ayrı­lmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir.

2022-ci ilin Dövlət büdcəsin­dən bu quruma 41,1 milyon subsidiya ayrı­lması nəzərdə tutulu­r.

Azəristilik” Açıq Səhmdar Cəmiyyətin­in​ 16 ildə büdcədən aldığı 300 milyond­an çox vəsaitin necə xərcləndiyi məlum deyil: “Çünki 2017-ci ildən maliyyə hesab­atlarını cəmiyyətə açıqlamırlar. Bəlkə nəticəəsaslı bü­dcə budur?”.

Deputat repetitorluqla bağlı olduqca ciddi bir məsələyə də toxunub. Qeyd edib ki, bütün dünyada repetitorluğa (Buna kölgə təhsili də deyirlər) xərclənən vəsaitlər təhlil olunur: "Məsələn, Cənubi Koreyada Ümumi Daxili Məhsulun 2,7 faizi qədər vəsait bu xidmətə xərclənir. Almaniya və Fransada təhsilin kölgə iqtisadiyyatı ildə 2 milyard avro təşkil edir. Qəribədir ki, Finlandiyada bu rəqəm sıfırdır. Bu ölkədə çalışırlar ki, tam diaqnostika məktəbdə aparılsın. Yüksək nəticə əldə emək naminə təhsilil trayektoriyasını tam individuallaşdırırlar.

Azərbaycanda orta hesabla bir ildə repetitorluq xidmətinə xərclənən vəsait təxminən 200 milyon manat təşkil edir. Bu gün əhalinin büdcəsini dağıdan iki xidmət sahəsi var: təhsil və səhiyyə. İndi diqqət edək: təhsilə ayrılan vəsait 3,8 milyard manatdır. Bunun ən böyük payı - 2,1 milyard manatı Orta təhsilin payına düşür. Belə çıxır ki, cəmi bircə ilə xərclənən 200 milyon manatın nəticəsi daha effektlidir?

Ali məktəblərə daxil olan abituriyentlərin demək olar ki, hamısı məktəbdən kənarda hazırlıq keçirlər. Nəticəəsaslı büdcə mexanizminə keçiddən danışırıq. Ancaq buna nail ola bilmirik. Büdcənin təhsillə bağlı 7.4.8 bəndində Təhsil sahəsində “digər müəssisə və tədbirlərə” 1,2 milyard manat vəsait nəzərdə tutulur. Maliyyə Nazirliyindən xahiş edirəm ki, bunun açılışını bizə təqdim etsin. Bəlkə məktəblərin qızdırılmasının da vəsaiti bura daxildir. Yeri gəlmişkən, Bakı şəhərində 133 məktəb “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179 məktəb fərdi qazanxana vasitəsilə, 7 məktəb isə fərdi və mərkəzləşdirilmiş qaydada isitiliklə təmin olunur. Bu günə “Azəristilik” ASC-nin Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə 34,3 milyon manat borcu var. Biz uşaqlara necə başa salaq ki, bir əminizin kantorunun o biri əminizin kantoruna borcu olduğuna görə üşüyürsünüz?!"

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

"Vəzifəli məmurların arvadları sevgili saxlayır", deyən qalmaqallı psixoloq danışdı - Video

Cavid Qurbanovun qumar monopoliyası — "Topaz" rəqiblərini sıradan çıxarır...

Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

ABŞ və Britaniya kəşfiyyat xidmətlərindən gələn dəhşətli iddialar...

"Polis dedi, 2000 verməsən, videonuzu yayacağam" - Yol polisi heykəltəraşı şantaj edir?

"KVN rəzalətinin arxasında Diasporla İş üzrə Dövlət Komitəsi dayanıb" – Tahir İmanov

Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı

Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır" - Paşinyan

Ən çox oxunanalar