Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sosial Tədqiqatlar Mərkəzi” 2 mərtəbəli ofis tikir – 2 milyon manat ayrıldı

“Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi məlum olub.

PİA.az yeniavaz-a istinadla xəbər verir ki, tenderin qalibi “TVM İnşaat” MMC (VÖEN- 1101408601) olub.

Açıqlanan rəsmi məlumatda göstərilir ki, “TVM İnşaat” MMC “Sosial Tədqiqatlar Mərkəzi”nin sifarişi əsasında bu qurumun obyektinin tikintisini həyata keçirəcək.

MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün “Sosial Tədqiqatlar Mərkəzi”ndən 1 milyon 810 min manat alacaq. Tikinti işlərinin bu ilin iyul ayında başladığı və ilin sonunda başa çatacağı bildirilir.

Məlumat üçün bildirək ki, “TVM İnşaat” MMC 25.07.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, m. 8” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Onu da bildirək ki, millət vəkili Zahid Orucun rəhbərlik etdiyi “Sosial Tədqiqatlar Mərkəzi”nə inzibati bina tikdirməsi üçün 2019-cu ildə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib.

“Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 18” ünvanında tikiləcək inzibati binanın 2 mərtəbəli olması nəzərdə tutulub. Binanın ümumi sahəsi isə 2091,3 kv. metr olacaq.

Rəqəmlərdən də göründüyü üçün obyektin 1 kv. metrinin tikintisi 866 manata başa gələcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar