Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan Premyer Liqası: "Neftçi" və "Sabah" autsayderləri qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Açılış oyununda 11 xalla 5-ci pillədə yer alan "Sabah" və 10 xalla 7-ci sırada qərarlaşan "Keşlə" komandaları üz-üzə gələcəklər. Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq matçı Rəşad Əhmədov idarə edəcək.

İki kollektiv indiyədək ölkə çempionatında 11 dəfə qarşılaşıb. Bu görüşlərin 1-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın xeyrinədir - 14:6. "Keşlə” son 10 oyunda məğlub olmayıb. “Sabah” evdə qalib gəlməyib.

Günün ikinci oyununda "Neftçi" və "Səbail" münasibətlərinə aydınlıq gətirəcək. "Bakcell Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. Ardıcıl 3 turdur məğlub olan flaqman hazırda 17 xalla turnir cədvəlinin 4-cü pilləsində gedir. 9 xalı olan "dənizçilər" isə sonuncu - 8-cidir.

Komandalar bunadək Premyer Liqada 16 dəfə rəqib olublar. “Neftçi” bu oyunlarda 11 qələbə qazandığı halda, "Səbail" cəmi 2 dəfə meydanı 3 xalla tərk edib. 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Meydan sahiblərinin vurduğu 37 qola qonaqlar 11 topla cavab veriblər. “Neftçi” ardıcıl 5 qələbə qazanıb. Son 4 matçın hərəsində 4 qol vurulub.

Azərbaycan Premyer Liqası

XII tur

27 noyabr (şənbə)

15:00. “Sabah” – “Keşlə”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bank Respublika Arena".

18:15. “Neftçi” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.

Qeyd edək ki, turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib

Cəlilabad sakini su quyusu qazdı, neft çıxdı - Video

Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...

Əsgərlik şərəfini yaşamayan Tolikin təhqir etdikləri: MAXE, şəhid, qazi, Əbülfəz Elçibəy...

“Siyasi mühacir işi” üzrə Ramin Hacılıdan başqa həbs edilənlər

Qazaxıstanda qanlı yanvar dəhşətləri: öldürülənlərin sayı 1000-i keçə bilər

XİN: Ermənistanın münaqişədən sonrakı dövrdə bu cür təbliğatı təəssüf doğurur və təhlükəlidir

“Human Rights Watch” 44 günlük müharibəyə görə Azərbaycandan qisas alır

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb

“Mançester Siti” “Real Madrid”in ulduzunu transfer etmək istəyir

Ən çox oxunanalar