Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalın xanımını aldadan şəxslərin başqa cinayətləri də üzə çıxdı

Eyni mənzili bir neçə vətəndaşa satdığı üçün həbs edilən MTK rəhbərləri daha bir cinayətdə ittiham olunaraq cəza alıb.

Qafqazinfo” xəbər verir ki, “İdeal-V” MMC-nin direktoru Çingiz Məmmədov cəmiyyətin təsisçisi İsa Məmmədovla qabaqcadan əlbir olub rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satdıqları üçün müvafiq olaraq 10 və 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İndi isə Nizami Rayon Məhkəməsi adıçəkilən şəxslərlə bağlı hökm çıxarıb. Məlum olub ki, onlar mənzillərin alqı-satqısı zamanı vergidən də yayınıblar. Satılan mənzillərin pulunu nağd almalarına baxmayaraq, təqsirləndirilən şəxslər əlavə dəyər vergisi, torpaq vergisi və mənfəət vergisi bəyannamələrini təqdim etməyiblər.

Məhkəmə onlar barəsində 3 il azadlıqdan məhrum etmə cəzası çıxarıb. Cinayət Məcəlləsinə əsasən, cəzaların ümumi toplanması qaydasında əvvəlki cəzaları ilə toplanmaqla İ.Məmmədov 12 il 6 ay, Ç.Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, “İdeal-V” şirkətinin zərər vurduğu şəxslər arasında ehtiyatda olan general-leytenant, sabiq deputat və icra başçısı Əliağa Hüseynovun ailə üzvləri də var. Generalın xanımı həmin binadan 12 mənzil aldığını bildirirdi. İttihama görə, təqsirləndirilən şəxslər həmin binadakı dələduzluq əməli sayəsində vətəndaşlardan 3,2 milyon manat pulu mənimsəyiblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar