Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır.

Aktyorun həyat yoldaşı Zərqələm Əliyeva Qaynarinfo-ya müsahibə verib.

Aktyorun xanımı Birinci Vitse Prezident Mehriban Əliyevaya müraciət edib.

- Novruz ölüm ayağındadır. Vəziyyəti ağır idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyət çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb, həkimlər də həyatı ilə bağlı heç nə demir. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq.

- Həkimlər xarici ölkəyə aparılmasını məsləhət bilir?

- Hə, amma gərək aparsınlar. Kim aparacaq? Novruzun kimi var? Ölkənin Birinci xanım Mehriban xanım Əliyevaya müraciət edirəm, Novruzun Türkiyədə müalicəsinə dövlət səviyyəsində kömək olunsun. Bu da bir ümiddir, bəlkə getsə, orada sağalar. Onun heç kimi, heç nəyi yoxdur. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verən aktyor müalicəyə pul tapmır. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı. Onun başına bir iş gəlsə, mən sakit oturmayacağam, bütün kanalları yığıb, ona edilən bütün haqsızlıqları açıqlayacağam. 55 ildir səhnədədir, Azərbaycan mədəniyyətinə xidmət edir, canını qoyub teatra, bu idi onun qiyməti? Onun əziyyətini, zəhmətini bir dəfə qiymətləndirmədilər. Niyə? Novruz gör kimlərlə səhnədə olub? Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Ofeliya Aslan, Siyavuş Aslan kimi aktyorlarla səhnədə olub. Dünən səhnəyə gələn uşaq-muşağa belə ev veriblər, Amma Novruza bir otaqlı evi belə çox gördülər. Nə idi onun günahı? Ona bu saat Xalq artisti adı yaraşırdı, amma siz nə etdiniz? Prezident mükafatı alırdı, onu da əlindən aldılar. Novruzu diri-diri öldürdülər. Bunu eşidən kimi özünə qapandı, dərd çəkməkdən içi vərəm bağladı. Dərd onu öldürdü. Necə oldu ki, 55 il bir teatrda canını qoyana başını soxmağa sığınacaq verilmədi? 55 il səhnəyə xidmət edən Novruz kirayədə ölsün? Bu necə dünyadır? Ona qarşı bu laqeyid münasibət bizə çox təsir edir. Yazıq Novruz, bu boyda əziyyətdən sonra kirayədən qəbir evinə gedəcək. Ay teatra rəhbər şəxslər, buna necə baxırsınız?

- Evinin olmaması ilə bağlı aidiyyatı qurumlara müraciət edib?

- Əlbəttə, yazmadığı yer qalmadı, teleqram da vurmuşdu. Teatr rəhbərliyi də deyirdi ki, yazmışam, yazmışam, yalandan ümid verdilər, bu da son... Tutaq ki, evi vermədilər, bəs bu yaşında mükafatını niyə əlindən aldılar? 70 illik yubileyi oldu, teatrın yeganə qocaman aktyorudur, heç yada salan olmadı. Niyə? Adını da çəkmədilər. Onların başına bir oyun aşacağam ki... 55 il bir insan taleyidir. Belə böyük sənətkarlarla çalışan adamı ayaq altına atarlar? O, Xalq artisti adını alsaydı, mədəniyyəti ziyana salacaqdı? O da başqaları kimi sevinərdi. Teatrın rəhbərliyi də laqeyid yanaşdı, ona da sözüm var. Sən direktorsan, onun fəxri ad, ev alması üçün çalışmalı idin. Etmədi, ona görə də içi vərəmlədi. Bü gün xəstəxanada ağır vəziyyətdə qalıb heç maraqlanan yoxdur. Yenə sağ olsun jurnalistlər, zəng edib vəziyyətini soruşular. Mədəniyyət adamlarından bir adam onu axtarmır. Axırda mən özüm teatra məlumat verdim ki, Novruzun vəziyyəti pisdir, gücüm çatmır, mənə kömək etsinlər. Qayıtdılar ki, yanına gedəcəyik. Nə vaxt? Öləndən sonra? Bundan sonra kimə lazımdır? Qənirə xanıma əlim çatmır, ona da sözümü çatdırın. Novruzu ölməyə qoymayın...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar