Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın mühasirəyə alınmasının son fazası - "Ukraynanın yarısını NATO-ya dartmaq planı..."

Avropanın şərqində gərginlik şiddətlənir. Nəhayət, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Almaniya kansleri Angela Merkel arasındakı danışıqların bəzi detalları bəlli olub. Bu detallar barəsində Estoniyanın xarici işlər naziri Eva-Mariya Limmets məlumat verib.

Danışığın məğzi ilə tanış olan Limmetsin sözlərinə görə, Lukaşenko alman kanslerinə deyib ki, onun tələbləri yerinə yetirilməyincə, hazırkı miqrant probleminin həllinə kömək göstərməyəcək.

Bəs, söhbət hansı tələblərdən gedir?

Bunu anlamaq elə də müşkül deyil. Lukaşenko tələb edir ki, Avropa Birliyi Belarusa qoyduğu sanksiyalardan imtina etsin və onu prezident kimi tanısın, daha dəqiqi, yəni ötən il keçirilən prezident seçkilərinin nəticələri qəbul olunsun.

Əgər bu informasiya doğrudursa, onda yaranmış böhrandan yaxın vaxtlarda çıxış yolu gözləmək əbəsdir. Çünki Avropa Birliyi Lukaşenkonun şantajına boyun əyməyəcək. Belə ki, miqrasiya böhranı artıq siyasi və hətta ideoloji böhrana dönüb.

İnformasiyanın “ötürücüsü” olan estoniyalı nazir Avropa Birliyinə güzəştə getməməyi məsləhət görür. Limets deyib: ”Biz hesab edirik ki, Avropa Birliyi yekdil olacaq və Belarusa müəyyən vasitələrlə təzyiq edəcək”. Əslində isə, o, demək istəyir ki, Tallin Belarusa qarşı tətbiq edilmiş sanksiyaları dəstəkləyir.

Əlbəttə, Lukaşenko əllərini yanına salıb gözləməyəcək. Lukaşenko bəyan edib ki, əgər Avropa Birliyi qaçqınlarla bağlı onun ölkəsinə sanksiya qoyarsa, o, Rusiyadan Avropaya gedən tranzit qazı dayandıracaq. Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bu ideyaya qarşı olduğunu bildirib. O, deyib ki, Rusiya öz müştərilərini enerji daşıyıcıları ilə təchiz etməklə bağlı götürdüyü bütün öhdəlikləri tamamilə yerinə yetirir.

Aydındır ki, Lukaşenko birinci dəfə deyildir ki, Putində narazılıq yaradır, amma Kreml ona qarşı çətin ki, bir şey etsin. Tədbirlər görmək mümkündür, lakin bunların məhsuldar olmayacağı da başa düşülür. Son dövrlər Belarus Rusiyanın müttəfiqinə çevrilib, indiki mürəkkəb geosiyasi vəziyyətdə Kreml bundan qətiyyən imtina etməz.

Demək lazımdır ki, bütün tənqidlərə baxmayaraq, Lukaşenko Şərqlə Qərb arasındakı ən təhlükəli sahədə hələ ki, manevr edə bilir. Lukaşenkonun indiyədək hakimiyyətdə qalması faktının özü onun dayanıqlıq qabiliyyətini sübut edir. Bu yaxınlara kimi sabit ölkə kimi tanıdığımız Belarus artıq dərin böhrana qərq olub. Sözsüz ki, uzunmüddətli sabitliyin təbiəti kəskin neqativ hadisələrlə sonuclana bilər və bunu hamı yaxşı başa düşür.

Moskva ilə Minskin indiki addımlarının nə qədər koordinasiya edilməsini söyləmək çətindir, amma fakt odur ki, Rusiyanın rəsmi şəxsləri Qərbin təzyiqlərinə qarşı lazımi reaksiya olan “assimetrik müharibə” barəsində danışırlar. Bu isə iki ölkə arasında müəyyən razılaşmanın olmasını təsdiqləyir.

Qərbin Rusiya qoşunlarının Ukraynaya soxulacağı bəyanatını tez-tez səsləndirməsi ona qarşı olan təzyiqləri yenidən artırıb və ona görə də müvafiq surətdə Moskva üçün Belarusun əhəmiyyəti də artıb. NATO ilə rəqabət baxımından ötən əsrdə Rusiyada nisbətən sakitlik hökm sürüb. Çünki NATO zonası ilə onu bir sıra ölkələr ayırıb, təmas sərhədləri olmayıb (Əgər Kalininqrad vilayətini nəzərə almasaq, Polşa yalnız 1999-cu ildə alyansa üzv olub).

Ancaq 2004-cü ildə çox şey dəyişdi. O vaxt NATO öz tərkibinə yeddi ölkə qataraq böyük genişlənmə həyata keçirdi. Bu ölkələrin üçü - Litva, Estoniya, Latviya keşmiş sovet respublikalarıdır. Digərləri Bolqarıstan, Rumınya, Slovakiya və Sloveniyadır. Beləliklə, NATO gözlənilmədən Rusiya sərhədlərinə gəlib çıxdı.

Amma hətta 2004-cü ildə də Rusiya və Qərb arasındakı münasibət sakit və dinc idi. Baxmayaraq ki, Kreml nəyin baş verdiyini çox yaxşı dərk edirdi. Sovet İttifaqının dağılmasından sonra da bir rəqib kimi Rusiyanın ortadan qaldırılması konsepsiyası heç yana getməyib. Dönüb keçmişə nəzər salsaq, onda deyə bilərik ki, yalnız “işin yarısı görülüb”. Rusiyanın hərbi cəhətdən mühasirəyə alınmasının ikinci fazası başlayıb və bu proses hələ də davam edir və son günlər xüsusi aktuallıq qazanıb.

Gəlin, Şərqi Avropanın siyasi xəritəsinə göz gəzdirək. NATO-nun 2004-cü ildə şərqə doğru genişlənməsindən sonra (NATO həmçinin müvafiq olaraq Xorvatiya, Albaniya, Monteneqro və Şimalı Makedoniyanı öz sıralarına qatdı, ancaq Rusiya üçün bu ölkələr elə də vacib sayılmır) Rusiya ilə NATO arasında cəmi iki ölkə qaldı: Ukrayna və Belarus. Ukraynaya girmək, demək olar ki, səkkiz il çəkdi və 2013-cü il 21 noyabr tarixində Kiyev maydanında etirazlar başladı, 2014-cü ilin fevralında Ukrayna Prezidenti Viktor Yanukoviç devrildi.

Yanukoviç Ukraynanın Lukaşenkosu idimi?

Tam olaraq yox. Hər halda Lukaşenko “Avropanın sonuncu diktatorudur”, SSRİ-nin dağılmasından sonra oliqarxiyanın zəbt etdiyi Ukryana isə, kimin hakimiyyətdə olmasına baxmayaraq, Qərb ilə Rusiyanın arasında qalıb.

Ancaq Yanukoviçin devrilməsi Ukraynanın bütövlüyünün sonunun başlanğıcıdır və indi Krım böhranından, Donbasdakı müharibədən sonra, bu ölkə tamamilə Qərb təsir sferasına girib. Ukrayna hələ ki, NATO-ya daxil olmayıb, lakin bu artıq qadağan olunmuş mövzu deyil. Bu barədə Kiyevdə, Vaşinqtonda və Brüsseldə hamı açıq danışır.

Əlbəttə, bütöv Ukraynanı NATO-ya qəbul etmək mümkün deyil, çünki bura dərindən parçalanmış ölkədir. Nə vaxt ki, Ukraynanın NATO-ya qəbul olunması proseduru başlasa, onda həmin gün Ukrayna iki ölkəyə ayrılacaq və bunun sülh yoluyla baş verəcəyi gözlənilmir. Deməli, Qərbi və Şərqi Ukrayna arasında amansız müharibə ola bilər, bir tərəfdə Rusiyanın, digər tərəfdə isə kimlərinsə iştirak etdiyi daha genişmiqyaslı münaqişə başlayacaq.

RusiyaNATO arasında birbaşa toqquşma olmayacaq, amma Ukrayna ağır müharibədən qaça bilməyəcək və vəkalət döyüş meydanına çevriləcək. Belarusdakı hadisələr Moskvaya xəbərdarlıqdır ki, 2013-2014-cü ildəki Ukraynada yaşananlar Belarusda təkrarlana bilər. Belə ki, keçənilki etirazlar Minskdəki böyük Maydanın yalnız üverturası ola bilər.

ABŞAvropa Birliyi bunu öz istəyinə uyğun təqdim edir və baş verənləri demokratiyanın oyanışı adlandırır (əlbəttə, qərbpərəst və liberal). Onların yanaşmasına görə, şərqə doğru şütüyən demokratiya oyanışı gec və ya tez Moskvaya da çatacaq.

Kreml rəhbərliyi bu cür baxışları Rusiyaya qarşı yürüş və ya Rusiyanı hərbi cəhətdən mühasirəyə almağın yeni fazası hesab edir. Ona görə də indi Rusiya üçün Lukaşenkonun ideal müttəfiq olub-olmaması mühüm deyil, əgər prosesə başlanılıbsa, onda Lukaşenko Moskva üçün çox vacib fiqur olacaq. Lukaşenkonun özü də bunu anlayır və ona görə də özünü bu marşı dayandıra biləcək müdafiəçi kimi təqdim edir.

Bir neçə gün əvvəl Lukaşenko Rusiyadan xahiş edib ki, ona həm adi, həm də nüvə başlıqlı 500 kilometr uçuş mənzilli mobil “İskəndər” raket kompleksi göndərsinlər. Lukaşenko həmçinin deyib: ”Mənə bir neçə diviziya lazımdır, həm qərbdə və həm də cənubda, qoy orada dayansınlar”.

Vəziyyəti nəzərə alan Moskva, yəqin ki, onun xahişini yerinə yetirəcək.

(“Advance”-Xorvatiya)

Tərcümə "AzPolitika"nındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar