Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa öz-özünə düşmənçilik edir...

İstənilən halda Avropa bunu qəbul etsə də, etməsə də, Çin olmadan gələcək planlarının heç birini həyata keçirə bilməz...

Abdullah Raddadi
“Şarkul Avsat” qəzeti, Türkiyə

Bu gün Avropa müxtəlif böhranlardan əziyyət çəkir. Bu böhranlar Avropanın gələcək planları və hazırkı vəziyyəti haqqında düşünən şəxslərdə bu strategiyaların nə dərəcə həyata keçirilə biləcəyi məsələsi çaşqınlıq yaradır. Avropa ekoloji davamlılığa nail olmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq vəzifəsini çox çətinləşdirən mədənçilik, əmək və enerji böhranlarından əziyyət çəkir. Təəccüblü olan budur ki, bəzi Avropa ölkələrinin siyasi meyilləri Avropanı öz məqsədlərindən daha da uzaqlaşdırır. Bu böhranlardan bəzilərini daha ətraflı nəzərdən keçirək.

Yaxın 10 ildə Avropanın üzləşə biləcəyi ilk böhran mineral sərvətlərlə bağlıdır. Çünki Avropanın bərpa olunan enerji istehsal edəcək külək turbinləri və günəş panelləri hazırlamaq üçün maqnezium kimi minerallara təcili ehtiyacı var. Avtomobil, təyyarə və sistem hissələrinin istehsalında istifadə edilən alüminium istehsalının əsas elementlərindən biri olan maqnezium da enerji sərfiyyatına qənaət etmək üçün avtomobillərin çəkisini azaldan ən vacib elementlərdən biri hesab olunur.

Avropa əvvəllər ən böyük maqnezium istehsalçılarından biri idi. Ancaq sektorlarla bağlı siyasi qərarlar nəticəsində Avropa bu sektorda itkilər yaşadı. Beynəlxalq Enerji Agentliyi (IEA) Avropanın iqlim dəyişikliyi ilə mübarizə ambisiyalarının onun mineral sərvətləri ilə bir yerə sığmadığını açıqlayıb. Bu gün Avropa, demək olar ki, tamamilə Çin tərəfindən istehsal olunan maqneziumdan asılıdır. Maqnezium ehtiyacının 95%-ni Çindən idxal edir.

Bu yaxınlarda Çindəki istehsalat enerji böhranı ilə üzləşdi və nəticədə Avropa fabriklərinə ciddi ziyan dəydi. Buna görə də, Avropa gələcək tələbatı ödəmək üçün təcili olaraq mədən əməliyyatlarına başlamalıdır. Bununla belə, mədənçilik fəaliyyətlərini hədəfləyən ekoloji müdafiəçilərlə bu iş heç asan görünmür.

İkinci böhran işçi qüvvəsidir. Bu gün Avropa öz köklü tarixinə görə deyil, ən yüksək ömür sürən qitə olduğuna görə köhnə qitədir. Mühacirlərin bu qitəyə hərəkəti işçi qüvvəsinin güclənməsinə böyük töhfə verdi. Ancaq bu töhfə müxtəlif siyasi səbəblərə görə uzun sürməyə bilər, o cümlədən Avropadakı sağ hərəkat mühacirlərin Avropaya gəlməsinə mane ola bilər.

Qəribədir ki, Avropada karbon emissiyalarını azaltmaq üçün doğuşa nəzarət üsullarını müdafiə edən bəzi ətraf mühiti müdafiə edən qruplar insanların həyatları boyu səbəb olduğu karbon emissiyalarını və uşaq sahibi olmamaqla bu emissiyaların necə azalda biləcəyini göstərən araşdırmaları dərc ediblər. Alman qəzetlərindən birinə danışan qadın müəllim qadınları uşaq sahibi olmamağa təşviq etmək üçün təxminən 50 min avro məbləğində həvəsləndirmə tələb edib. Lakin Avropada doğum səviyyəsi günü-gündən azalır. Məsələn, İngiltərədə doğum nisbəti 1958-ci ildə mində 16 olduğu halda, 2018-ci ildə bu rəqəm 11-ə düşüb.

Üçüncü böhran isə enerjidir. Mədənlərdə olduğu kimi, Hollandiya və İngiltərə kimi bir çox Avropa ölkəsi iqlimi qoruduğunu iddia edərək enerji qaynaqlarına qarşı müharibə elan edib. Bu, tədricən deyil, yalnız bir neçə il ərzində baş verdi. Bu, son bir neçə ayda açıq şəkildə enerji böhranına gətirib çıxardı. Avropa əvvəllər Rusiyadan idxal olunan təbii qazdan qismən asılı idisə, indi demək olar ki, tamamilə asılıdır. Avropa bərpa olunan enerjiyə keçid mərhələsi hesab etdiyi təbii qaz olmadan davam edə bilməz. Ən azı daha 20 il lazım ola bilər.

“Qoca qitəni” tədqiq edənlər başa düşürlər ki, qitə iqtisadiyyata təsir edən yerli siyasətlər tətbiq etməklə iqlim dəyişikliyi ilə mübarizə aparmağa tələsdiyi üçün getdikcə daha da çıxılmaz vəziyyətə düşür. Ekoloji tərəflərin təzyiqi ilə qitə Çin mədənlərinə ətraf mühiti çirkləndirdikləri səbəbiylə vergi qoymağa çalışır. Qitə illər əvvəl Çinin subsidiyalaşdırılmış məhsullarla bazarları doldurduğunu əsas gətirərək vergilər tətbiq etmişdi.

İstənilən halda Avropa bunu qəbul etsə də, etməsə də, Çin olmadan gələcək planlarının heç birini həyata keçirə bilməz. Son məlumatlara görə, avropalı seçicilər bilirlər ki, Avropanın yeni siyasətləri üçün qanun layihəsi öz ciblərindən çıxa bilər. Çünki bərpa olunan enerjiyə doğru bu sürətli hərəkətlərin bir çoxu idxal olunan təbii qazın qiymətini iki dəfə ödəməklə bu siyasətlərin qiymətini dolayı yolla artıq ödəmiş vergi ödəyiciləri tərəfindən maliyyələşdiriləcək.

Görünür, Avropanın özü gələcək planları ilə ziddiyyət təşkil edir. Çünki bərpa olunan enerji üçün avadanlıq istehsal etmək istəyir, lakin bununla Çin kimi ətrafı çirkləndirən ölkələrdən xammal idxal edilməsi ilə mübarizə aparır. Avropa həmçinin mühacirlərin qitəyə gəlişini cilovlamaq üçün mübarizə aparır, çünki adekvat işçi qüvvəsi yoxdur və ömür uzunluğu artmaqda davam edir. Sənaye və istilik üçün enerjiyə ehtiyacı olsa da, enerji şirkətlərini bağlamağa çalışır və ən böyük təbii qaz tədarükçüsü olan Rusiya ilə əməkdaşlıqdan uzaqlaşır. Bu məqamda uzaqdan baxanda Avropa özü elə Avropanın düşməni kimi görünür.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar