Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Səfərlinin məhkəməsi: "KİVDF-dən maliyyə yardımı alan bəzi qəzetlərin tiraj sayı saxta arayışla qaldırılıb"

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli və digərləri - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Xəlilova, Namiq Hacıyev və Şahin İmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

PİA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə bu gün keçirilən prosesdə şahid qismində KİVDF-də aparıcı məsləhətçi kimi çalışmış Samir Mustafayev vəkillərin suallarını cavablandırıb.

O bildirib ki, V. Səfərli işi ilə bağlı ona qanunsuz bir tapşırıq verməyib: "Nə də onun qanunsuz tapşırıq verdiyinin şahidi olmamışam. Tender komissiyasında verilən təkliflərlə bağlı danışsam, deyə bilərəm ki, qanuna uyğun olaraq tender qanunvericiliyinə riayət edilib. Lakin deyə bilərəm ki, təkliflərlə bağlı zərflərə iclasda baxılmayıb. Şərtlərlə, imzalanan müqavilələrdən, onların düzgün riayət olunması ilə bağlı məsələlərdən xəbərim olmayıb. Komissiyada fondun 10 işçisindən 5-i tender komissiyasında olub. Konkret iştirakçılar tenderdə eyni şirkətlər olub. Biz orda işçi olmuşuq. Nəyəsə müdaxilə edə bilməzdik. Vüqar müəllimlə yaxşı münasibətim var, heç bir qərəzim yoxdur. İşdə mühasib gəlirdi deyirdi ki, tədbirlərlə bağlı sənədlərə qol çəkməlisən. Mən də qol çəkmişəm. Məni də əmin ediblər ki, burada qanunsuz bir məsələ yoxdur”.

Şahid qeyd edib ki, fonda dəftəxana mallarınım alınmasından xəbərdar olub: "İşçilərin hamısına verilib. Lakin hər hansı bir tədbrilərdə blaknotların və s. paylanmasının şahidi olmamışam".

Hakim bildirib ki, şahidin istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər var. Ziddiyyətlərlə bağlı hakimin suallına cavab verən S. Mustafayev deyib ki, jurnalistlərlə bağlı tikilən binalarla bağlı tenderdən kənar şirkətlərlə müqavilələr imzalanıb: "Həmin şirkətlər Prezident Aparatının İctimai-siyasi şöbənin rəhbərinə yaxın olub. Binalarla bağlı məktublar yazılıb, tenderdən kənar şirkətlərlə müqavilələr bağlanıb. Tender komissiyası yaranana qədər iki binanın təməli qoyulmuşdu. Ümumiyyətlə, tenderlərdə hansı şirkətin qalib olmasını Əli Həsənov razışlaşdırırdı. Mənzillərin kimlərə verilməsinin Vüqar müəllimlə bağlılğı yoxdur. Seçimə ictimai-siyasi şöbə baxıb, bizə göndərilib. Qəzetlərə maliyyə yardımı tam normal qaydada həyaya keçirilib. Həmin siyahı da Əli Həsənovun şöbəsində razılaşdırılırdı. Maliyyə yardımı gündəlik ictimai-siyasi və idman qəzetlərinə verilirdi. Sonradan idman qəzetləri çıxarıldı".

Şahid istintaqda ifadəsində bildirib ki, bəzi qəzetlərin tiraj sayı saxta arayışlarla qaldırılıb.

Bunu S. Mustafayev məhkəmədə təsdiqləyib: "Bəzi qəzetlərin tirajı az idi. Maliyə yardımı düşmürdü. Buna görə onların tiraj sayı arayışda çoxaldılıb”

V. Səfərli şahidin ifadəsi ilə bağlı deyib ki, tikinti ilə bağlı fondda komissiya ayrı olub: "Bu adam həmin komissiyanın üzvü olmayıb. Yazılan məktublardan xəbəri olmayıb".

Məhkəmə prosesi noyabrın 30-da davan edəcək.

Qeyd edək ki aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar