Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lirənin ucuzlaşması Türkiyə iqtisadiyyatını hansı səviyyədə böhrana sürükləyə bilər?

Bəzi analitiklərin fikrincə isə türk lirəsinin ucuzlaşmasını dayandırmaq üçün faizləri artırmaq lazımdır. Amma gördüyümüz kimi Türkiyənin Mərkəzi Bankı bunun əksini etdi...

İqtisadçı-ekspert: “Son 1 ayda Rəcəb Tayyib Ərdoğan Türkiyə Mərkəzi Bankının müstəqilliyini tam ləğv etdi, faizləri aşağı salmağı əmr etdi, növbəti dəfə bazara əlavə lirə buraxdı, indi minimum əmək haqqını artırır, daha çox populist qərarlar almağa yönəlir”.

“Mərkəzi Bank istənilən ölkədə müstəqil siyasət yürütmək imkanları olan dövlət qurumuna çevrilməlidir. Bu, bazarların, birjaların güvənini qazanmaq nöqteyi- nəzərdən çox vacib bir məsələdir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli türk lirəsinin ucuzlaşmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyənin Mərkəzi Bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirməsi lirənin ucuzlaşmasını sürətləndirib. İnflyasiyanın 20 faizə yaxın olmasına baxmayaraq, Mərkəzi Bankın bu qərarı verməsi lirəyə təzyiqi artırıb. Bəzi analitiklərin fikrincə isə türk lirəsinin ucuzlaşmasını dayandırmaq üçün faizləri artırmaq lazımdır. Amma gördüyümüz kimi Türkiyənin Mərkəzi Bankı bunun əksini etdi.

Ümumilikdə lirənin və Türkiyə iqtisadiyyatın indiki vəziyyətini necə dəyərləndirmək olar? Lirənin ucuzlaşması Türkiyə iqtisadiyyatını hansı səviyyədə böhrana sürükləyə bilər və bu böhranın siyasətə təsirləri ilə bağlı nə dəymək olar?

Türkiyə iqtisadiyyatının son və gələcək vəziyyətini PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Müəyyən bir dayaq nöqtəsi tapılacaq və türk lirəsinin dəyəri sabitləşəcək”.

İndiki durumda həll yolu üçün Mərkəzi Bankın uçot dərəcəsini birdən-birə 5-6% artırmalı olduğunu düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bu zaman kreditlər çox bahalaşacaq, iş adamları kredit götürüb iş qurmayacaq, iş yerləri azalacaq, bəzi şirkətlər bankrot olacaq, daxildə istehlak azalacaq. Deməli, ticarət dövriyyəsi zəifləyəcək, bu isə yenə işsizlik, gəlirlərin azalması deməkdir:

“Türk lirəsinin getdikcə dəyərdən düşməsinin bir çox siyasi, iqtisadi, eyni zamanda idarəetmə ilə bağlı problemlərin yaranmasından doğan səbəbləri var. Bu səbəblər üst-üstə gəldikdə türk lirəsi sürətlə dəyərdən düşür. Əsas problemlərdən biri Mərkəzi Bankla bağlıdır. Mərkəzi Bank istənilən ölkədə müstəqil siyasət yürütmək imkanları olan dövlət qurumuna çevrilməlidir. Bu, bazarların, birjaların güvənini qazanmaq nöqteyi- nəzərdən çox vacib bir məsələdir.

Son 1 ayda Rəcəb Tayyib Ərdoğan Türkiyə Mərkəzi Bankının müstəqilliyini tam ləğv etdi, faizləri aşağı salmağı əmr etdi, növbəti dəfə bazara əlavə lirə buraxdı, indi minimum əmək haqqını artırır, daha çox populist qərarlar almağa yönəlir. Cəmi 1,6 ildən sonra seçkilərdir, indi populist, iqtisadiyyat elminə zidd addımlar atılır ki, seçicilərini tam itirməsin. Belə addımlar atanda da inflyasiya yüksəlir, dollar bahalaşır, beləliklə, “qısır döngə” və ya “dalan” effekti yaranır. İndiki durumda həll yolu ağrılıdır və zaman tələb edir. Çünki populizm zaman itkisinə səbəb oldu. İndiki durumda həll yolu üçün Mərkəzi Bank uçot dərəcəsini birdən-birə 5-6% artırmalıdır. Bu zaman kreditlər çox bahalaşacaq, iş adamları kredit götürüb iş qurmayacaq, iş yerləri azalacaq, bəzi şirkətlər bankrot olacaq, daxildə istehlak azalacaq. Deməli, ticarət dövriyyəsi zəifləyəcək, bu isə yenə işsizlik, gəlirlərin azalması deməkdir.

Natiq Cəfərli: “İndiki durumda həll yolu ağrılıdır və zaman tələb edir. Çünki populizm zaman itkisinə səbəb oldu”.

Onu da qeyd edim ki, Türkiyə həm enerji, həm də başqa sahələrdə xaricdən asılı vəziyyətdədir. Pandemiya iki ildir ki, turizm sektoruna böyük zərbə vurub. Türkiyə hər il 30-40 milyard dollar turizm gəlirlərini itirib. Daha bir səbəb isə Türkiyənin özəl sektorunun böyük yüklü həcmdə xarici borcu və əsasən də dollar üzərindən.

Bütün bu problemlər türk lirəsinin dəyərinə mənfi təsir göstərən amillərdir. Düşünürəm ki, müəyyən bir dayaq nöqtəsi tapılacaq və türk lirəsinin dəyəri sabitləşəcək. Hələ ki, bu aralıq 12 ilə15 lirənin bir dollar arası görünür. Yəqin ki, bu koridorda bir müddət sabitləşmənin şahidi olacağıq. Çünki daimi olaraq pulun dəyərdən düşməsi mümkün deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar