Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın son təxribatında Minsk Qrupu izi - Məkrli oyunun pərdəarxası

Azərbaycan 8 noyabrda Qarabağ Zəfərinin 1 ilini qeyd etdi. Şuşada və Bakıdakı atəşfəşanlıq düşmənin, erməni yandaşlarının necə deyərlər, qəlbini, beynini yandırdı.

Ardınca noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi. Bu toplantıda qurumun adı dəyişdirildi, Türk Dövlətləri Təşkilatı oldu. Eyni zamanda qarşısına böyük hədəflər qoyuldu. Ekspertlər bunu Turan yolçuluğu kimi qiymətləndirir.

Bu iki önəmli hadisənin paralelində Ermənistan silahlı qüvvələri, habelə Qarabağda sülhməramlı qüvvələrin müvəqqəti nəzarətindəki ərazilərdə mövcud olan qanunsuz silahlı dəstələr təxribatlara başladılar, Norayr Mirzoyan adlı bir Ermənistan vətəndaşı Şuşada postumuza qumbara da atdı...

Noyabrın 17-də isə erməni hərbçiləri qəfil və xain hücuma keçdilər və təbii ki, qısa müddətdə layiqli cavablarını aldılar, canlı qüvvə və texnika itkiləri verib qaçmağa məcbur oldular.

Bu prosesin arxasında dayanan məqsəd sülh prosesinə, Zəngəzur dəhlizinin açılmasına mane olmaq, ən azı prosesi yubatmaqdır. Bu kimin marağındadır? Təbii, Ermənistanda revanşist qüvvələr bunu istəmir. Ancaq onlar ciddi bir qüvvə deyil, prosesin arxasında qlobal güclər dayandığı şübhəsizdir!

Artıq bunun əlamətlərini aydın görməyə başlamışıq.

Ermənistanın xain hücumu dəf edildikdən, Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs əldə olunduqdan az sonra ABŞ Dövlət Departamenti tələm-tələsik bir kiçik açıqlama yaydı. Amma bu kiçik mətndə böyük məna var. Sitat: “ABŞ AzərbaycanErmənistanı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə dərhal danışıqları bərpa etməyə çağırır”...

Daha öncə - noyabrın 16-da isə Minsk Qrupu özü açıqlama yaymışdı ki, Qarabağa dair həll edilməmiş qalan məsələlər onların vasitəçiliyi ilə çözülməlidir. Hər üç həmsədr imzalamışdı bu açıqlamanı.
Məsələ aydındır. Ciddiyətini, nüfuzunu tamamilə itirmiş, mandat daşıdığı 30 ildə danışıqlar prosesində bir iş görə bilməyən Minsk Qrupunu xortlatmaq istəyirlər, bunun üçün min oyundan çıxırlar.

Bunun üçün son 1 ildə xeyli cəhdlər göstəriblər, 44 günlük Vətən Müharibəsindən – Zəfərimizdən sonra dəfələrlə müraciət ediblər ki, proseslərdə yer almaq istəyirlər. Azərbaycan tərəfi isə artıq onlara ehtiyac qalmadığını bəyan edib. Prezident çıxışlarında bəyan edib ki, Qarabağ məsələsi həll olunub, Dağlıq Qarabağ adlı termin, ərazi vahidi də artıq yoxdur.

Bununla belə, Prezident elan edib ki, əgər həmsədrlərin davamlı sülhə töhfə verə biləcək təklifləri olarsa, bunu müzakirə edə bilərik.
Ancaq Minsk Qrupu bu yöndə bir təklif vermir, belə görüntü yaratmağa çalışırlar ki, Qarabağ məsələsi həllini tapmayıb, danışıqlar davam etməlidir.
Burada onların məqsədi əlbəttə sirr deyil: Prosesləri xaotik məcraya yönəltmək, ermənipərəst iddialar irəli sürmək və onların ətrafında növbəti oyunlar oynamaq, Azərbaycanın güclü mövqeyini zəiflətməyə cəhdlər göstərməkdir.
Lakin Azərbaycan onların mənasız danışıqlar prosesinə başlamasını qətiyyətlə və tam haqlı olaraq rədd edir.

Bu qlobal güclər isə mövcudluqlarını qorumaq, prosesə özlərini zorla soxmaq üçün daha məkrli oyunlar oynayırlar.

Hadisələrin inkişaf məcrası və dərhal da “problemlər Minsk Qrupu vasitəsilə həll olunmalıdır” bəyanatlarının ortaya atılması o qənaətə gəlməyə əsas verir ki, faktiki olaraq son günlər baş verən erməni təxribatlarında həmsədr ölkələrin məsuliyyəti, arxasında onların fitvası vardır...

Çünki onlar regionda Azərbaycanın yaratdığı yeni reallıqları, Türkiyənin bölgədə söz sahibinə çevrilməsini, özlərinin proseslərdən kənarda qalmasını qəbullana bilmirlər. Eyni zamanda Türk Dövlətləri Təşkilatının hədəfləri onları ciddi narahat edir...

Çox anormal bir davranış sərgiləyirlər, bölgədə davamlı sülh yaranmasında maraqlı olmadıqlarını açıqca göstərirlər.

Görünür, Ermənistanda müəyyən qüvvələri bu təxribatlara sövq etmək onlar üçün asandır. Lakin Ermənistanda hər kəs anlamalıdır və Azərbaycan tərəfinin son təxribatda göstərdiyi əzm də bir daha göstərdi ki, bu cür məkrli, təxribat xarakterli davranışlar onları daha da ağır duruma salacaq. Bunu həm ermənilər, həm Minsk Qrupu, ümumiyyətlə hər kəs dərk etməlidir ki, Azərbaycanı belə təxribatlarla haqlı mövqeyindən döndərmək cəhdi mənasızdır, faydasızdır, bölgəyə də yaxşı heç nə vəd etmir. Yekunda fəlakətə düçar olan Ermənistan olacaq... (Elşad Məmmədli, Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar