Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əliyev qaçmaq üçün aeroportlar tikir deyənlər “təkhüceyrəlidir”” – Natiq Cəfərli

“Siyasi, özü də, hərbi-strateji qərarlar ağıl, düşüncə və analitik qabiliyyət tələb edir. Dünyada istənilən hava limanının öz qoruma sistemi olur. Əvvəl strateji yerdə hava limanı tikirsən, sonra onun ətrafında təhlükəsizlik infrastrukturu qurursan, özü də elə qurursan ki, tək hava limanını qorumaq üçün olmur. Formal tələb lazımdı elə hərbi-təhlükəsizlik altyapısı qurmağa - o tələb həm də Qarabağdakı hava limanları olur, olacaq”.

PİA.az xəbər verir ki, bunu REAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib.

Siyasətçi, "Əliyev qaçmaq üçün özünə hava limanları tikir” fikirlərinə münasibət bildirib. Qeyd edib ki, bunu deyən, bu fikri bəyənən, tirajlayan "təkhüceyrəli" kiçik marginal qruplar belə düşünə bilməzlər, çünki onların dərdi hakimiyyətə gəlmək deyil, buna şans və bacarıqlarının olmadığını özləri də bilir, sadəcə siyasi klounada ilə məşğuldular, xalqın özgüvənini zədələməyə çalışırlar:

“Daha bir önəmli məqam odur ki, vətəndaş hava daşımaçılığı ilə məşğul olan limanlar legitim hərbi hədəf ola bilməz - bu beynəlxalq cinayətdir! Əgər sabah düşmən ora bir güllə atsa, bizim 1000 dron uçurmaq haqqımız doğur!
Gələk, "hakimiyyət korrupsiyaya görə Qarabağda 3 hava limanı tikir", tezisinə. Bu hakimiyyətin mayası korrupsiya ilə yoğrulub, bəli, bu günə qədər Lənkaranda, Qəbələdə tikilən hava limanları korrupsiya layihəsi olub, rentabelli deyil, çünki hakimiyyət həm də inhisarçılığı təşviq edir, ucuz uçuşlar həyata keçirə biləcək şirkətləri bazara buraxmır ki, AZAL pul qazansın.

Amma bəyəm başqa pul yemək üçün daha asan üsullar yoxdurmu ki, hava limanı kimi çətin layihədən pul yesinlər?! Və ya, büdcəyə nəzarət edə bilirikmi ki, başqa sahələrdə yeyilən pulların qarşısını ala bilək?! Bu gün elə büdcədən birbaşa ciblərinə qoysalar da buna müqavimət və nəzarət yoxdur - onda nədən daha çətin yol seçib Qarabağda və Şərqi Zəngəzurda 3 hava limanı tiksinlər ki?! Deməli, bu hava limanlarının təyinatı, məqsədi başqadı. Bunu anlamaq bu qədərmi çətindir?!

Biz isə gələcək hökumət kimi düşünməyi, davranmağı, analiz etməyi məşq edirik. Bu mütləq lazım olacaq, bəzi marginal adamlara isə imkan verək ki, çox və boş danışaraq özlərini rüsvay etməkdə davam etsinlər”. (yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar