Bazar, 05 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib

Bu il Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib.

Bu barədə "Report"a Məhkəmə-Hüquq Şurasından bildirilib.

Məlumata görə, cari ildə 117 hakimin fəaliyyəti qiymətləndirilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulan daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.

Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Pensiya və maaşlarda artımla bağlı yeni açıqlama - Video

Gəncədəki dəhşətli qəzanı orta məktəb şagirdi törədib - Fotolar, Yenilənib

"Yaqublunu polislərin döyməsi istisnadır" - Vilayət Eyvazov

Soçi görüşünün daha bir sirri açıldı: Putin Ermənistana 6 ay vaxt verib...

Ən vəfasız kişilər hansı bürclərdədir? – Astroloqlar açıqladı

İranda zenit-raket kompleksinin buraxılması partlayışa səbəb olub

Azərbaycan hərbi qulluqçumuza hücum edən diversantın cəsədini Ermənistana təhvil verdi

Qoşunlar sərhədboyu 4 istiqamətdə cəmləşdirilib, hədəf paytaxtı tutmaqdır

Qarabağda daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb

ABŞ Suriyada "Əl-Qaidə" liderini vurduğunu bəyan etdi

Ən çox oxunanalar