Cümə, 03 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Gəncədə şəhid anası intihara cəhd etməsiylə bağlı rəsmi açıqlama - Yenilənib

“Vətən Müharibəsi şəhidi Həsənov Sahib Azər oğlunun anası Məmmədova Vüsalə Gülbala qızı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətində qəbul edilib, onu narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb”

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın aorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılmış və Gəncə Şəhər İcra Hakimiyyəti başçısnın müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb:

“V.Məmmədovaya Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil kirayəsinin ödənilməsi üçün maddi yardım göstərilib, ərzaq yardımı edilib, məişət avadanlıqları ilə bağlı YAŞAT Fondu tərəfindən müvafiq qaydada yardım edilib. Bununla yanaşı şəhid Həsənov Sahib Azər oğlunun il mərasiminin təşkili ilə bağlı ailəyə maddi köməklik göstərilib.

Vüsalə Məmmədovanın intihara cəhd etməsi ilə bağlı məlumatların heç biri həqiqəti əks etdirmir. V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib”.

***

Gəncə şəhərində intihara cəhd hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, Məmmədova Vüsalə Gülbala qızı bu gün müxtəlif dərman vasitələri içərək intihara cəhd edib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin kafi olduğu bildirilib.

Faktı hüquq-mühafizə orqanlarından Oxu.Az-a təsdiq ediblər. Məsələ ilə bağlı araşdırma aparıldığı deyilib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Vüsalə Məmmədova Vətən müharibəsi şəhidi Sahib Azər oğlu Həsənovun anasıdır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Mixeil Saakaşvili: "İlham Əliyevin müharibə zamanı Gürcüstana nə etdiyini deyəcəm"

İcra hakimiyyətləri ləğv olunacaq? – 14 icra başçısı ola bilər

Qaraheybətdə helikopterin qəzaya uğraması ilə bağlı deyilməyənlər

Həmsədrlər Stokholmda Qarabağla bağlı bəyannamə qəbul etdilər

Həbsdə olan generalın əmlakları özünə qaytarılır – MTN işi

Aslan İsmayılov: "Azərbaycan cəmiyyətinin bu gündə olmasının əsas səbəbkarı AXC şinelindən çıxanlardır"

Türkiyədə yeni silahın sınaqları uğurlu oldu - Foto, Video

Azərbaycanlı ayətullah Sistanini əvəz edəcək - Ayətullah əl-İrəvani İraq şiələrinin lideri olacaq...

Ağ Evdən Bakıya mühüm jest - "Demokratiya sammiti" ərəfəsi İrəvana zərbə

Yerinə qızını gətirir: Eldar Yunusovun baxçalarla bağlı varis planı - Video

Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar təsdiqlənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay