Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib

Britaniya Parlamentinin Lordlar Palatasında Britaniya Kraliçası II Elizabetin Azərbaycana təbriki səsləndirilib.

Bu barədə Azərbaycanın Britaniyadakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, bir neçə gün öncə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Britaniyanın hansı addımlar atdığı barədə hökumətə sual ünvanlayıb.

Sualı Britaniya hökuməti adından cavablayan Lord Qoldsmit Britaniya Kraliçası II Elizabetin Azərbaycana təbriklərini çatdırıb. O qeyd edib ki, Britaniya hokuməti Azərbaycanla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək istiqamətində fəaliyyətləri davam etdirir.

Lord Qoldsmit xarici işlər naziri Ceyhun Bayramov və Britaniyanın Avropa qonşuluğu və Amerika regionu üzrə naziri xanım Vendi Morton arasında baş tutan ən son telefon danışığına istinad edərək ölkələrimiz arasında xüsusilə ticarət və ingilis dilinin tədrisi sahəsində əlaqələrin daha da dərinləşməsi yönündə atılmaqda olan addımları vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar