Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tatarıstandan müstəqillik addımları: Kazan Rusiyanın qanunlarını tanımır

Tatarıstan parlamenti Dövlət Dumasının Rusiya Federasiyası subyektlərinin respublika prezidenti vəzifəsinin ləğvini nəzərdə tutan qanun layihəsini tanımaqdan imtina edib.

Ovqat.com xəbər verir ki, bu barədə məlumatı oktyabrın 25-də “Kommersant” məlumat yayıb.

Məlumata görə, Tatarıstan Respublikasının Dövlət Şurası Komitəsinin rəhbəri Albert Xabibullin bildirib ki, bu qanun layihəsinin bəzi müddəaları “demokratik federal hüquqi dövlət kimi Rusiya Federasiyasının konstitusiya sisteminin əsaslarına ziddir”.

Qeyd olunur ki, qanun layihəsinin dəstəklənməməsi barədə qərar 82 deputat tərəfindən yekdilliklə qəbul edilib. Xabibullin bu məsələni müzakirəsi üçün vaxt itirməməyi məsləhət görüb. Onu Tatarıstan Dövlət Şurasının spikeri Fərid Muxametşin də dəstəkləyib. Bununla belə, Muxametşin deputatların gələcəkdə qanun layihəsinin müzakirəsinə qayıdacaqlarını da istisna etməyib. Beləliklə, Tatarıstan parlamenti Rüstəm Minnixanovun respublika prezidenti adlandırılmasını açıq şəkildə dəstəkləyib.

Qeyd edək ki, Rusiyanın Dövlət Dumasına təqdim olunan qanun layihəsi senator Andrey Klişas və deputat Pavel Kraşeninnikov tərəfindən hazırlanıb. Layihədə Rusiyada regional hakimiyyət orqanlarının vahid strukturunu və onların iş prinsiplərini müəyyən edilir. Xüsusilə, qubernatorluq vəzifəsi (bölgədəki ən yüksək səlahiyyətli şəxs) yeni qanun layihəsində təyinatlı dövlət işi kimi təqdim olunur və o, prezident hesab edilmir.

İddialara görə, qanun layihəsi formal olaraq Rusiyanın bütün regionlarına şamil edilsə də, əslində sırf Tatarıstan üçün nəzərdə hazırlanıb. Çünki Federasiyanın başqa subyektlərindən fərqli olaraq, Tatarıstanda hələ də prezidentlik üsul-idarəsi fəaliyyətdədir. Tatarıstan rəhbərliyi isə qanun layihəsinin federal dövlətçilik ənənələrinə uyğun gəlmədiyi üçün müzakirəsinə belə ehtiyac duymur.

Məlumata görə, bundan əvvəl 2016-ci ildə Rusiya Dövlət Duması tərəfindən qəbul olunmuş müvafiq qanuna əsasən, Federasiyanın yalnız bir prezidenti ola bilər. Onun subyektlərindəki ən yüksək vəzifəli şəxslər isə prezident titulundan məhrum edilməli, qubernator adlandırılmalıdırlar. Qanunun qəbulundan 5 il keçməsinə baxmayaraq, Tatarıstan Rusiya Federasiyasını meydana gətirən respublikaların suverenlik haqlarını pozduğuna görə, bu sənədə məhəl qoymaq niyyətində deyil.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq deputat nazir və yeni müavininin görüntülərini paylaşdı: “Niyə dövlət vəzifələri əyləncəyə çevrilir?” – Video

“Prezidentin qulu olmağa hazıram”, deyən nazir müavini Budaqovla bacanaq imiş

21-ci əsrdə özünü “qul elan edən” nazir müavini nələrini sığortalamaq istəyir?

Beynəlxalq Real Aykido Federasiyası respublikadaxili kəmər imtahanı keçirib - Foto

"Qanuni oğru"ların "sxodka"sı keçirildi - Bu "lotu"nun adı əlindən alındı

Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı - Video

Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi başa çatıb - Yenilənib, Foto

14 şəhiddən biri olan “işçi Nəbiyev” kimdir? - Video

Dünənki qəzada DSX şəhid olan hərbiçilərin siyahısını elan etməkdə niyə gecikdi?..

“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay