Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı idmançı Ümumdünya Oyunlarına vəsiqə qazanıb - Foto

“Dünya çempionatının 1/4 finalına çıxmaqla ABŞ-ın Birmingem şəhərində gələn il iyulda keçiriləcək Ümumdünya Oyunlarına lisenziya qazanmışam. Azərbaycanı bu yarışda təmsil edəcək ilk kikboksçu olduğum üçün fəxr edirəm”.

Bunu Oxu.Az-a kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadə deyib.

O, kikboksinqin K-1 versiyası üzrə +91 kq çəki dərəcəsində 1/4 finala vəsiqə qazanmaqla gələn il 7-17 iyul tarixlərində keçiriləcək Ümumdünya Oyunlarına vəsiqə qazanıb. 75 kq-da çıxış edən Elxan Əliyev isə bu mərhələyə çıxa bilmədiyindən həmin yarışa qatıla bilməyəcək.

2017-ci ildə həvəskar kikboksinq üzrə dünya çempionu olmuş Bəhram 1/4 finalda hakimlərin onu uduzdurduğunu bildirib:

“1/8 finalda ilk döyüşüm braziliyalı Ariel Maşado ilə idi. O, mənim kimi peşəkar kikboksinqdə də yarışan idmançı idi. Bildiyimə görə, “Glory” turnirində 3-4-cü sıralarında gedir. Amma onu məğlub edə bildim. 1/4 finalda isə ukraynalı Roman Şerbatyukla qarşılaşdım. Əslində ona qalib gəlmişdim. Amma texniki səhv ucbatından xalım qeydə alınmadığı üçün uduzdum. Sonra etiraz verdik. Dedilər ki, sənə xal düyməsi basılanda qeydə alınmayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar