Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərzaq mallarının qiyməti davamlı olaraq niyə artır?

Azərbaycanda istehsal olunan ərzaq malların davamlı olaraq qiymətinin artmasının obyektiv səbəbləri varmı və bunu inflyasiyanın nəticəsi kimi dəyərləndirmək olarmı?.

Azərbaycanda istehsal olunan ərzaq malların davamlı olaraq qiymətinin artmasının obyektiv səbəbləri varmı və bunu inflyasiyanın nəticəsi kimi dəyərləndirmək olarmı?..

İqtisadçı-ekspert: “Yerli istehsal adı altında bazar çıxarılan məhsulların xam malının xaricdən gətirilməsinə görə qiymətlərdə artım müşahidə olunur”.

“Qiymətlərin qalxmasından Azərbaycan reallığında subyekt səbəblərin də təsiri olur”.

Bu sözləri İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda daxili istehsala aid olan mallarının qiymətlərinin artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda daxili istehsala aid olan malların, xüsusən də ərzaq mallarının qiyməti durmadan artır. Belə iddialar da var ki, qiymətlərin artırılmasında bazarda əsas inhisarçılar olan “Azərsun” və “Veysəloğlu” şirkətləri durur. Qeyd edək ki, son 10 gün müddətində “Azərsun” şirkətinin istehsalı olan mallarda, bitki yağları və və çay məhsullarında 10-15% artım olub. Eyni vəziyyət “Veysəloğlu” şirkətinin də mallarında müşahidə olunmaqdadır. Daha kiçik şirkətlər isə təbii olaraq öz qiymətlərini bazarın monopolistlərinin qoyduğu qaydalara uyğun nizamlamaq məcburiyyətində qalırlar.

Bəs bu qiymət artımının səbəbləri nədir və bu səbəbləri nə qədər obyektiv olaraq dəyərləndirmək olar? Ümumiyyətlə Azərbaycanda istehsal olunan ərzaq malların davamlı olaraq qiymətinin artmasının obyektiv səbəbləri varmı və bunu inflyasiyanın nəticəsi kimi dəyərləndirmək olarmı, yoxsa doğrudan da qiymətlər süni şəkildə artırılır?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Yerli istehsalda bir neçə şirkətin öndə olması, həmin şirkətlərin bazarın böyük hissəsinə nəzarət etməsi inhisarçılıq meyillərini yaradır”.

Azərbaycanda rəqabət mühitində problemlərin olduğunu və bazar oyunçularının sayının məhdud olduğunu xatırladan ekspert PİA.az-a bildirib ki, bütün bunlar ölkədə qiymət artımını daha da yüksəlməsi üçün əsaslı faktora çevrilir:

“Əslində Azərbaycanda yerli istehsal azalıb. Yəni bazara çıxarılan məhsulun xam malı yerli istehsal deyil. Bunun ən bariz nümunəsi çay məhsullarıdır. Məsələn Azərbaycanda istənilən pərakəndə satış nöqtələrində yerli çay adı altında bazara çıxarılan məhsullar var. Amma həmin çayların xam malı xaricdən gətirilir. Çaylar sadəcə olaraq Azərbaycanda qablaşdırılır.

Bu süd məhsullarına da aiddir. Yəni süd məhsulları da bazarda yerli markalar adı altında çox satılır. Amma süd tozlarının çox hissəsi xaricdən gətirilir. Yerli istehsal adı altında bazar çıxarılan məhsulların xam malının xaricdən gətirilməsinə görə qiymətlərdə artım müşahidə olunur. Çünki logistikanın bahalaşması, xarici bazarlarda ərzaq inteksinin son bil ildə 10 faiz bahalaşması, təbii ki, yerli istehsal olunan məhsulların qiymətinin artmasına da səbəb olur. Bu qiymət artımında olan obyektiv səbəbdir.

Amma qiymətlərin qalxmasından Azərbaycan reallığında subyektiv səbəblərin də təsiri olur. Yerli istehsalda bir neçə şirkətin öndə olması, həmin şirkətlərin bazarın böyük hissəsinə nəzarət etməsi inhisarçılıq meyillərini yaradır. Bu da bazarda qiymətlərə diktə etmək imkanlarını gücləndirir. Həmçinin Azərbaycanda rəqabət mühitində problemlər var. Bazar oyunçularının sayı məhduddur. Bütün bunlar ölkədə qiymət artımını daha da yüksəlməsi üçün əsaslı faktora çevrilir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar