Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sakinlər təhlükədədir - Yaşayış binası hər an çökə bilər - Video

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən qəzalı bir bina var. Bununla bağlı aidiyyəti qurumların sökülməsi barədə rəyi olsa da, qərar icra edilmir. Nəticədə sakinlərin həyatı üçün təhlükə hər an artır. Orada yaşayanlar tezliklə köçürülmələrini tələb edirlər. Əks halda insan tələfatı ola bilər.

PİA.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, yaşayış binasının pilləkəni dağılıb, birinci mərtəbə ikinci mərtəbədən aralanıb, evin döşəməsi çöküb, zirzəmiyə yarım metrə qədər su yığılıb.

Görüntülər Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəndir. Qəsəbə ərazisində 1951-ci ildə tikilmiş yaşayış binası hər an çökə bilər.

Rayon icra hakimiyyətinin nümayəndələri gələrək binaya baxış keçiriblər və binanın yaşayış üçün təhlükəli olması qənaətinə gəliblər. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi də sakinlərin dərhal köçürülməsi ilə bağlı rəyi var.

Bina hazırda Abşeron Rayon İcra Hakimiyyətinin Ceyranbatan qəsəbə Mənzil təsərrüfatı istehsalat istismar təmir sahəsinin balansındadır. Sahənin rəisi sakinlərin köçürülməsi barədə görüləcək tədbirdən məlumatsız olduğunu bildirdi.

Hazırda qəzalı vəziyyətdə olan binada yaşamaq məcburiyyətində qalan sakinlər aidiyyəti dövlət qurumların atacaqları addımları gözləyirlər.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

21-ci əsrdə özünü “qul elan edən” nazir müavini nələrini sığortalamaq istəyir?

14 şəhiddən biri olan “işçi Nəbiyev” kimdir? - Video

ABŞ-ın Türkiyəni mühasirə almaq layihəsinə vurulan zərbə...

Helikopter qəzasında həlak olan hərbçilərdən üçü Şəhidlər xiyabanında dəfn edilmədi

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Oliqarx Cavanşir Feyziyev 90 milyonluq "Azərtütün"ü cəmi 29 milyona aldı

"Qaraheybət" şəhidləri II Şəhidlər xiyabanında dəfn olunub

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

"Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu əsla bəyənmirəm, amma..." – Aslan İsmayılov

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay