Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ərdoğan ABŞ və daha 9 ölkənin səfirinin “persona non qrata” elan olunmasını istəyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə fəaliyyət göstərən 10 ölkənin səfirinin “persona non qrata” elan olunmasını istəyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Əskişəhərdə millət bağçası, xalq kitabxanası və inşaatı başa çatan bir çox layihələrin açılışında danışarkən deyib.

Prezident Ərdoğan bu gün Eskişehirdə bir sıra layihələrin açılış mərasimində çıxışı zamanı həmin ölkə səfirlərinin ünvanına sərt ifadələr işlədib: “Yatırlar, qalxırlar, Kavala ha Kavala...Kavala dediyin Sorosun Türkiyə şöbəsi...10 dənə səfir onun üçün Xarici İşlər Nazirliyinə gəlir. Bu nə tərbiyəsizlikdir ya... Siz burayı nə zənn edirsiniz ya? Burası Türkiyə... Türkiyə... Burası sizin zənn etdiyiniz kimi hansısa qəbilə dövləti deyil. Burada təlimat vermək kimi bir yola əl ata bilməzsiniz. Gərəkli təlimatı mən xarici işlər nazirinə verdim. Bu 10 dənə səfirin arzuolunmaz adam elan edilmələrini dərhal həll edəcəksiniz dedim. Bunlar Türkiyəni tanıyacaq, anlayacaq, biləcəklər. Türkiyəni bilmədikləri, anlamadıqları gün buranı tərk edəcəklər”, deyə Ərdoğan bildirib.

QHT fəalı  və biznesmen olmuş Osman Kavalanın həbsinin 4 ilinin tamam olması münasibətilə oktyabrın 18-də ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiyanın Türkiyədəki səfirləri ortaq bəyanat imzalamışdı. Həmin açıqlamada Avropa İnsan Haqları Məhkəməsinin barəsində bəraət qərarı çıxardığı Kavalanın dərhal azad edilməsi tələb edilirdi. Bu bəyanatla bağlı səfirlər Türkiyə XİN-ə çağırılıb və onlara ölkənin daxili işlərinə qarışdıqları, Kavala barəsində davam edən məhkəmə prosesinə təsir göstərməyə cəhd etdikləri üçün xəbərdarlıq bildirilib.

Qeyd edək ki, Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri bir həftə öncə ortaq bəyanat imzalayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Prezident “Rossiya-1” telekanalına müsahibə verib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar