Çərşənbə, 01 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Şəhid baş leytenantın doğum günündə xatirəsi anılıb - Foto

Bu gün Vətən müharibəsinin şəhidi baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlunun doğum günü qeyd olunub.

23 oktyabr 2021-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Rüstamov Ruslan Nüsrət oğlunun doğum günü qeyd edilib.

Şirvan şəhərində qeydiyyatda olan, lakin doğulub boya-başa çatdığı, hazırda doğmalarının yaşadığı Hacıqabul rayonun Şorbaçı kəndində dəfn edilən şəhid Rüstamov Ruslanın doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər İcra Hakimiyyəti və Hacıqabul Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Hacıqabul Rayon Şorbaçı kəndində şəhidin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Rüstamov Ruslanın anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ailə üzvlərinə səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı dövlət və xalq birliyinin yaratdığı Dəmir yumruğun düşmənin başını əzdiyini və qorxulu kabusuna çevrildiyini söyləyib. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirib ki, Dövlət başçısının Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. Cənnət Qarabağımızda aparılan quruculuq işlərinin şəhidlərimizin əziz xatirələrinə ehtiramın bariz nümunəsi olduğunu qeyd edib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, şəhər rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. Şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan bütün əsgər və zabitlərimiz kimi Ruslanın da ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb. Şəhid baş leytenant Ruslan Rüstamovun 5 övladının dövlətimizə əmanət olduğunu bildirib və onların da ataları kimi vətənə layiqli, şərəfli övlad kimi böyümələrini arzulayıb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Sonra tədbir iştirakçıları şəhid baş leytenant Rüstamov Ruslan Nüsrət oğlunun Şorbaçı kəndində yaradılan xatirə lövhəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Onun öz istəyi ilə hərbiçi peşəsini seçdiyini, sağlığında hərbi hissə rəhbərliyi və yoldaşları arasında dərin hörmət və nüfuz qazandığını, yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıblar. Qeyd olunub ki hərbiçi olmaq, Vətənə, dövlətə xidmət etmək, torpaqlarımızın azad edilməsində iştirak etmək, üçrəngli bayrağımızı qürurla dalğalandırmaq ən böyük arzusu idi. Döyüş əməliyyatlarında fədakarlıq və şücaət göstərdiyinə görə baş leytenant Rüstamov Ruslan Nüsrət oğlu dövlət başçısı tərəfindən bir neçə medalla təltif edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər İcra Hakimiyyəti adından şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim edib. Şəhidin anası Fatmaxanım Rüstamova övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

“Mövlam Şıxəliyev MTN təcridxanasını zindana çevirib sahibkarları soyurdu” - zərərçəkən

Helikopterin qəzaya uğradığı ərazinin görüntüləri - Fotoreportaj

Ən çox oxunanalar