Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Haber Global" Zəngilanla bağlı reportaj təqdim etdi: "Bura Azərbaycanın Parisi olacaq" - Foto

Azərbaycan işğaldan azad edilmiş bölgələrdə hərtərəfli yenidənqurma və inkişaf layihələri həyata keçirir.

Bu barədə “Haber Global”ın Zəngilanla bağlı təqdim etdiyi reportajda deyilir.

Rayonda yeni yollar salan, elektrik stansiyaları tikən, dağıdılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti aqrar sahənin inkişafı üzərində işləyir.

 Bölgədəki bütün layihələrdə Azərbaycanın yanında olan Türkiyə prioritet sahələrdən biri olan aqrar sektorun inkişafına dəstəyini davam etdirir. Bu çərçivədə, işğaldan azad edilmiş Zəngilanda Türkiyə şirkətlərinin də iştirakı ilə kənd təsərrüfatı işlərinin müasir texnologiyalarla həyata keçirilməsini nəzərdə tutan park qurulur.

İşlərin fasiləsiz davam etdiyi aqroparkda əkin sahələri, istixanalar, mal-qara ferması, ət kəsimi məntəqəsi, yem zavodu və meyvə bağları fəaliyyət göstərəcək. Əməkdaşlar üçün yaşayış və istirahət guşələrinin salındığı parkda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidənin, meşə massivinin salınması və məscidin tikilməsi də nəzərdə tutulub.

Parkda bütün işlər türkiyəli və azərbaycanlı mühəndislər tərəfindən həyata keçirilir.

Parkla bağlı hazırlanan layihənin rəhbəri Yasin Yavuz qeyd edib ki, iki ay əvvəl bura gəlib və bu müddətdə böyük dəyişikliyin şahidi olub.

“Bir-iki il sonra buranı tanımayacaqsınız. Bura Azərbaycanın Parisi olacaq”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

"Prezidentimizin quluyam..." - İşdən çıxarılan nazir müavini

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

YAP-dan Cəmil Həsənliyə cavab: "Soçi görüşündən narahat olublar..."

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Operativ Qərargahda "Omikron" ştammı və "Yeni il şənliklərində təhlükəsizlik qaydaları" ilə bağlı geniş iclas keçirilib

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Ən çox oxunanalar