Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Moskvada Əliyev-Putin-Paşinyan arasında görüş keçiriləcəyi xəbəri yayıldı

"Turan" agentliyi maraqlı məlumat yayıb.

PİA.az bildirir ki, agentliyin məlumatlnda Azərbaycan, RusiyaErmənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüşün noyabrın ilk ongünlüyündə Moskvada keçirilə biləcəyi iddia olunur. Danışıqların yekunlarına görə, görüşdə üçtərəfli bəyanatın imzalanacağı da gözlənilir, xəbəri RİA Novosti məlumatlı mənbələrə istinadla məlumat yayıb.

"Bəli, belə bir görüşün keçiriləcəyi gözlənilir. Təxminən 8-9 noyabr tarixlərində, Moskvada", deyə agentliyin mənbəyi bildirib.

Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanacağı gözlənilir.

"Sənəd ErmənistanAzərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bu, mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə bu problemin həllinin axtarışı üçün "yol xəritəsini" müəyyən edəcəklər. Həmçinin, regionda nəqliyyat kommunikasiyalarının açılması haqqında bəyanat qəbul ediləcəyi gözlənilir. Bu bənd hələ ötən ilin noyabrında üç ölkə liderinin qəbul etdiyi bəyanatda qeyd edilmişdi", deyə RİA Novosti-nin mənbəyi qeyd edib.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Azərbaycanda məhkəmə müstəntiqin cəzalandırılması üçün Baş prokurora müraciət edib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar