Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Düşmən mediası: "Artsax dəfn edilir"

Ermənilər panikada: "Azərbaycan və Ermənistan arasında iki yeni sənəd imzalanacaq"...

"Noyabrın 9-da Moskvada ErmənistanAzərbaycan arasında iki yeni sənəd imzalanacaq".

PİA.az xəbər verir ki, bu barədə Ermənistan media quruluşları məlumat yayıb.

Məlumatda qeyd edilir ki, son anda fors-major vəziyyət yaranmasa, Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə demək olar ki, yekun olan iki sənəd Nikol Paşinyan və İlham Əliyev tərəfindən imzalanacaq.

Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına aiddir.

Bu sənədə əsasən, SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illər xəritələri əsasında İrəvan və Bakı bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.

Məlumatda daha sonra vurğulanır ki, Ermənistan, RusiyaAzərbaycan Baş nazirlərin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş görüşün nəticəsində demək olar ki, yekun razılığın əldə edildiyi ikinci sənəd isə regionda kommunikasiyaların açılmasına, xüsusən də “koridor - yolların" qurulmasına, o cümlədən Azərbaycan və Naxçıvan arasında dəhlizin açılmasına aiddir.

Ermənistana və Qarabağdakı qanunsuz rejimə aid media quruluşları iddia edirlər ki, bu məlumatlar ciddi və etibarlı diplomatik mənbələrdən alınıb. Xəbərdə həmçinin qeyd edilib ki, əgər yazılanların hamısı doğru çıxsa, o zaman Ermənistan hakimiyyəti nəhayət ki, "Artsax xalqının" öz müqəddəratını təyinetmə və iradə ifadəsini dəfn edəcək, yəni "Artsax" mövcudluğunu dayandıracaq. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər - Yenilənib, Foto, Tam mətn

Prezident İlham Əliyevin Soçiyə işgüzar səfəri başa çatıb - Yenilənib

Ən çox oxunanalar