Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirildi - Fotolar

Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətləri tərəfindən Bakı şəhərində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Payız əkin mövsümü ilə əlaqədar Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətləri tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə növbəti ağacəkmə aksiyası təşkil edilib. Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada icra strukturuna daxıl idarələrin əməkdaşları iştirak ediblər.

Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 400-ə qədər yeni, əsas etibarı ilə Eldar şamı, kiparis, şam, çinar və digər ağaclar əkildi. Aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

pia.az 

Fotolar




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Pensiya və maaşlarda artımla bağlı yeni açıqlama - Video

Gəncədəki dəhşətli qəzanı orta məktəb şagirdi törədib - Fotolar, Yenilənib

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Qoşunlar sərhədboyu 4 istiqamətdə cəmləşdirilib, hədəf paytaxtı tutmaqdır

Helikopter qəzası ətrafında yayılan söz-söhbətlər həqiqətə nə qədər yaxındır?

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist vəfat edib

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Baş qərargah rəisini təhqir etdi: "Onda bildim ki, bu adam idiotdur"

Ən çox oxunanalar