Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faciəvi şəkildə həlak olan şəhid xanımı dəfn edildi Foto

Kürdəmir rayonunda idarə etdiyi maşını aşıraraq qəzada həlak olan şəhid xanımı Günel Ələsgərova dəfn edilib.

PİA.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşı G. Ələsgərova Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Şəhidin həyat yoldaşı babası, nənəsi və dayısının məzarının yanında dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, Günel Ələsgərova ilə birgə maşında olan və hadisə yerində həlak olan Emin Tağıyev polkovnik olub. O, şəhid Rəhim Hüseynovun yaxın dostu olub.

Onlar şəhidin ildönümü ərəfəsində Zərdab rayonunda keçirilən anım mərasimində iştirak etmək üçün rayona gedirmişlər. Şəhid R. Hüseynovun sonbeşiyi olan oğlu da maşında olub. Qəza nəticəsində o da xəsarətlər alsa da, hazırda vəziyyəti yaxşıdır.

Hadisədən bir gün əvvəl isə Bakıda şəhid Rəhim Hüseynovun anım mərasimi keçirilib.

İlkin ehtimala görə, G. Ələsgərovanın maşını yüksək sürətlə idarə etməsi nəticəsində baş verib.

Qeyd edək ki, mayor Rəhim Hüseynov ötən il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Rəhim Hüseynov və Günel Ələsgərovanın 3 azyaşlı övladı olub.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar